BolgeXeber.Com » Ölkə » "Azəriqaz" İB haqqında sensasion iddia — Abunəçilər belə aldadılır

"Azəriqaz" İB haqqında sensasion iddia — Abunəçilər belə aldadılır

1-03-2016, 09:14
Oxunub: 6 778 "Azəriqaz" İB haqqında sensasion iddia — Abunəçilər belə aldadılır"Azəriqaz" nəinki öhdəsinə düşən bu prosesi yerinə yetirmir əksinə bunun sayəsində öz itkilərinin qarşısını alır

"Azəriqaz" QSC ləğv edildikdən sonra onun bazasında ARDNŞ tərkibinə tabe olmaqla “Azəriqaz” İstehsalat Birliyi yaradıldı. "Azəriqaz" QSC-nin əhaliyə verilən qaz xətləri üzərində quraşdırılmış və qaz sərfini düzgün qeyd edən “Sənayecihaz” tipli qaz sayğaclarının kütləvi olaraq Almaniya istehsali olduğu deyilən "Elster G-4" markalı qaz sayğacları ilə əvəz edilməyə başlandı.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2011-ci il 80 saylı qərarı və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi normativ hüquqi sənədlərə əsasən həmin qaz sayğacları quraşdırma tarixindən yox istehsal edildiyi tarixdən 5 il ötdükdə istifadədən çıxarılaraq dövlət yoxlamasına göndərilməlidir. Dövlət yoxlamasına göndərilən sayğacın saz və ya nasaz vəziyyətdə olması haqqında Azəriqaz İB-nin Qazsazlama İnformatika Departamenti tərəfindən akt tərtib olunmalı və sayğacla birlikdə yerli rayon qaz istismar idarəsinə göndərilməlidir.

Ölkə.Az-a daxil olan məlumatda qeyd edilir ki, "Azəriqaz" isə nəinki öhdəsinə düşən bu prosesi yerinə yetirmir əksinə bunun sayəsində öz itkilərinin qarşısını alır. Belə ki, "Elster G-4" markalı qaz sayğaclarının içərisində qaz sərfini qeyd edən diafraqmalı qollar var. Həmin qollar kauçuk materialındandır və uzun müddət işlədikdən sonra həmin qollar yeyilir, bundan sonra isə diafraqmalar tez-tez hərəkət etməyə başlayır. Bu tədirdə sayğac qaz sərfiyyatını düzgün hesablamır və bəzən 1 kubmetr sərf olunan qaz üçün sayğacda 1.5-2.5 kubmetr qaz sərf edildiyini qeyd edir.

Qazdan istifadə edən bütün abunəçilər fərdi qaz sayğacının gösərici mexanizminin içərisində sayğacın yazılan istehsal tarixinə baxsınlar və istehsal tarixindən 5 il ötübsə yerli qaz istismarı idarəsindən həmin sayğacın dəyişilməsini tələb etsinlər. Nəzərə alın ki, 2011-ci ilə qədər olan sayğacların hamısının istismar müddəti bitib

Qeyd edək ki, bu hallar "Smart kart" tipli qaz sayğaclarına aid deyil.
"Azəriqaz" İB haqqında sensasion iddia — Abunəçilər belə aldadılır