BolgeXeber.Com » Ölkə » «Azərpoçt» məktubları at arabasıyla daşıyır?

«Azərpoçt» məktubları at arabasıyla daşıyır?

9-03-2016, 15:27
Oxunub: 2 908 «Azərpoçt» məktubları at arabasıyla daşıyır?Fikrət Fəraməzoğlu: «Bir həftə əvvəl xəbərnamə ilə göndərdiyim məktub hələ də ünvanına çatmayıb»

Dünyanın indiki vaxtında, yüksək texnika və texnologiya əsrində Azərbaycanın poçt sistemi Nuh əyyamından da qədimə gedib çıxıb. JAM.AZ xəbər verir ki, «Azərpoçt» MMC-nin fəaliyyəti necə tənzim olunumsa, Bakıdan Bakıya hətta xəbərnamə ilə göndərilən məktub bir həftəyə ünvanına çatmır.

Səbəbi məlum olmayan bu vaqeəyə nə açıqlama verən var, nə izahatı olan. MMC rəhbərliyi isə başını aşağı salıb işlə məşğul olmaq əvəzinə, başqa işlərə baş qoşmağı daha üstün bilir. Elə bu səbəbdəndir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi də oturub, əlini əlinin üzərinə qoyub və nələrin baş verdiyinin fərqində deyil.

JAM.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlu bildirir ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Sənədləri ötən həftənin əvvəli «Azərpoçt»un Nərimanov rayonundakı filiallarından biri vasitəsi ilə xəbərnamə ilə yollayıb. Amma bir həftədən artıq müddətdir ki, məktub gedib ünvanına çatmayıb. «Mən soruşdum ki, məktubu xəbərnamə ilə göndərdikdə ən geci neçə günə ünvana çatacaq. Cavab bu oldu ki, ən geci üç günə. Hətta etiraz etdim ki, Bakıdan Bakıya məktubu çatdırmaq bu qədər çətindir ki, ona üç gün lazım olsun. Poçt işçisi bunun onlarlıq olmadığını vurğuladı».

Baş rekdaktor qeyd edir ki, müasir dünyada poçt sistemi özünün operativliyi ilə seçildiyi halda, Azərbaycanda «Azərpoçt» qədim dövrlərin sistemi ilə işləyir. «Bunların maşınları, texnikaları, avadanlıqları var. Hamısına da milyonlarla manat pul xərclənib. İnkassatorları saat 5 olmamasış filialların qarşısını kəsdirib, pulları daşıya bilirlər. Amma Bakıdan Bakıya məktubu çatdıra bilmirlər. Artıq bir həftədir ki, Ali Məhkəməyə göndərdiyim kassasiya şikayətim gəlib çatmayıb. Buna nə ad vermək olar? Bu fəaliyyətə hansı şəkildə qiymət verilməlidir?»

Fəraməzoğlu bildirir ki, «Azərpoçt» rəhbərliyi məsuliyyətsizlik, qeyri-peşəkarlıq və bacarıqsızlığı ilə diqqəti çəkir. «Məktubu hətta at arabasıyla aparsaydılar, Nərimanov rayonu ərazisindən Ali Məhkəmənin binasına bir saata çatdırmaq olardı. Amma bunlar bunca imkanlara rəğmən, çəkisi cəmi 128 qram olan naməni 1 həftəyə ünvanına çatdıra bilmirlər».

Baş redaktor onu da bildirib ki, «Azərpoçt»un məsuliyyətsizliyini görərək, onları məhkəməyə vermək qərarına gəlib. «Qoy, gəlib izahat versinlər ki, məktubu ünvanına niyə üç gündən tez çatdıra bilmirlər. Həmçinin onun da izahatını versinlər ki, 1 həftə əvvəl göndərilmiş məktub niyə hələ də gəlib çatmayıb? «Azərpoçt»un məsul şəxslərindən məkhəkəmədə izahat tələb etməyi düşünürəm. Əks halda, bunlar insanların taleyi ilə oynamaqda davam edəcəklər».