BolgeXeber.Com » Ölkə » "Fitness klubu əlimizdən almaq istəyirlər" - "Nur inşaat" MMC-yə İTTİHAM

"Fitness klubu əlimizdən almaq istəyirlər" - "Nur inşaat" MMC-yə İTTİHAM

14-03-2016, 16:32
Oxunub: 8 281 "Fitness klubu əlimizdən almaq istəyirlər" - "Nur inşaat" MMC-yə İTTİHAM"Nur inşaat" MMC-nin rəhbərliyi tərəfindən fəaliyyətimizə çox ciddi maneələr yaradılır"

Bu sözləri Qaynar.info-ya ünvanladığı müraciətdə “VİTR Fitness” sahibi, poverliftinq üzrə 4 dəfə dünya, 7 dəfə Avropa çempionu, əməkdar idman ustası Vüqar Namazov deyib.

İdmançı şikayət məktubunda başına gətirilən oyunların detalları barədə məlumat verib: "İdman sahəsində qazandığım bilik və təcürbəmi gələcək nəsillərə ötürmək üçün bir neçə yaxın idmançı dostumla, həyat yoldaşımın təşəbüsü ilə dünya standartlarna cavab verən fitness zalı açmaq qərarına gəldik. Bu məqsədlə “Nur inşaat” MMC ilə razılaşıb onlardan 1000 kvadrat metirlik yeri icarəyə götürüb, təmirə başladıq. 2015-ci ilin 8 oktyabrında həyat yoldaşım Namazova Sehranənin adına daşımaz əmlakın icarə müqaviləsini imzaladıq. Təmir üçün həyat yoldaşım bankdan özünün və atasının adına kreditlər götürdü. Mənə mükafat kimi verilən evi, maşınımı satıb təmirə və avadanlıqların alınmasına xərclədik. Ümumilikdə 1 milyon 200 min manat xərcimiz çıxdı.
"Fitness klubu əlimizdən almaq istəyirlər" - "Nur inşaat" MMC-yə İTTİHAM
Fitness klub qısa müddətdə biz planlaşdırdığımızdan da çox müştəri cəlb etdi, "İlin fitness klubu" seçildi. Amma uğurlarımız obyekti bizə icarəyə verən şirkətin - "Nur inşaat" MMC-nin bizə qarşı maneələri ilə müşayət olundu. Əvvələr günün pik vaxtlarında elektrik enerjisinin və suyun kəsilməsini texniki səbəb kimi başa düşdük. Amma bu kəsilmələr davamlı hal almağa başladıq. Bu ilin 17 fevralında heç bir xəbərdarlıq olmadan elektrik enerjisinin verilişi tamamilə dayandırıldı.

Bundan sonra “Nur inşaat” MMC-nin qanunsuz əməllərindən Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etdim. Məhkəmə bizim xeyrimizə qəradad qəbul etdi. Ancaq qarşı tərəf qərardadın icrasına süni maneələr yaratdı. Uzun sürən danışıqlardan sonra fevralın 22-də elektrik enerjisi bərpa olundu. Amma şəbəkədə enerjinin azalması müntəzəm hal almağa başladı. Paralel olaran fitness klubun su təhcizatında da problemlər yaranırdı.
"Fitness klubu əlimizdən almaq istəyirlər" - "Nur inşaat" MMC-yə İTTİHAM
Biz problemi aradan qaldırmaq üçün "Azərişıq" və "Azərsu"ya müraicətlər etdik. Bununla bərabər "VİTR Fitness"in ayrıca elektirik və su xətti alması üçün lazım olan sənədlərlə bizi təmin etməyi "Nur inşaat" MMC-dən xahiş etdik. Lakin onlar bu məsələdə də bizə problem yaratmağa başladı. Məlum oldu ki, şirkətin əmlakına, möhürünə və fəaliyyətinə 2012-ci ildə həbs qoyulub.

Beləliklə, bizim fitness klubun fəaliyyətinə "Nur inşaat" MMC və onun rəhbəri Rüstəm Abdullayev tərəfindən süni maneələr yaradılır. Bizdən yaratdığımız klubu ona təhvil verib getməyimiz tələb edilir".
"Fitness klubu əlimizdən almaq istəyirlər" - "Nur inşaat" MMC-yə İTTİHAM