BolgeXeber.Com » Ölkə » “Sabina” mağazalar şəbəkəsi vətəndaşları aldadır - NARAZILIQ VAR...
“Sabina” mağazalar şəbəkəsi vətəndaşları aldadır - NARAZILIQ VAR...
18-03-2016, 15:17
Oxunub: 1 281
Bir çox satış mağazaları yalançı reklamlarla vətəndaşları aldadıb pul qazanır
Bu kimi metodlardan xüsusən geyim və parfumeriya satış mağazaları istifadə edir.
Unikal.org saytının araşdırmasına əsasən "Sabina” mağazalar şəbəkəsi tərəfindən vətəndaşlara bütün məhsullara endirim olunması ilə bağlı SMS-lər göndərilir. Vətəndaş mağazadan məhsul almaq istəyərkən endirimin həmin məhsula aid olmadığı bildirilir. Beləliklə, vətəndaş məcbur olub məhsulu endirimsiz almalı olur. Bu da onların açıq şəkildə aldadılması və hüquqlarının pozulmasıdır. Yeni qəbul edilən "Reklam haqqında” Qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org saytına açıqlamasında bildirib ki, belə hallar mövcuddur və gündəlik olaraq istehlakçılar tərəfindən rəhbərlik etdiyi təşkilata telefon zəngləri daxil olur: "Bu kimi halların qarşısı alınmalıdır. Təəssüf edirəm ki, bu yayılmış bir məsələdir. Nazilər Kabinetinin 94 saylı qərarı var və orada bu məsələ nəzərə alınmayıb. Endirim kampaniyalarının necə aparılması qaydası tam olaraq öz əksini tapmayıb. Yeni Reklam Qanuna əsasən bu sms-lərin göndərilməsi özü qanun pozuntusudur”.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər