BolgeXeber.Com » Ölkə » Samir Şərifovun Xaçmazdakı adamına qarşı ittiham - Belə deyirlər...

Samir Şərifovun Xaçmazdakı adamına qarşı ittiham - Belə deyirlər...

4-04-2016, 13:58
Oxunub: 2 536 Samir Şərifovun Xaçmazdakı adamına qarşı ittiham - Belə deyirlər...Xaçmaz Rayon Maliyyə İdarəsində dözülməz durum yaşanır

Artıq neçə müddətdir ki, bizimdovr.az-a daxil olan məlumatlarda Xaçmaz rayon Maliyyə İdarəsinin qeyri-qənaətbəxş fəaliyyətindən bəhs olunur. Açıqlamalarda idarənin rəisi Nizami Həsənov tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallara yol verildiyi iddia edilir. Bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də tam həcmdə ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə idarələri tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Xaçmaz rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Həmçinin mənbənin verdiyi məlumata görə, Nizami Həsənov tərəfindən dövlət büdcəsindən ayrılan maliyyə vəsaitərinin təyinatı üzrə və səmərəli istifadə edilməməsi, həm də həyata keçirirlən maliyyə siyasətinin qeyri-şəffaflığının göstəricisidir. Qeyd olunur ki, idarə rəisi quruma ayrılan vəsaitləri xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldir. Debitor borcları vaxtında bağlamır. Bir sözlə, Nizami Həsənov qanunun tələblərini pozmaqla məşğuldur. Digər tərəfdən də, bu məmur səmərəsiz işlərə həddindən artıq vəsait sərf edir. Dövlət vəsaitlərini qanunvericliyin tələblərinə uyğun istifadə etmir. Eyni zamanda da, bizimdovr.az-a verilən məlumata görə, maliyyə idarəsinin rəisi rayondakı bütün idarə və müəssisələrin işinə birbaşa müdaxilə edir, onları öz iradəsinə tabe olmağa məcbur edir. Bir sözlə, Nizami Həsənov özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hiss edir. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, Xaçmaza ayrılan maliyyə vəsaitlərinin böyük bir hissəsinin Nizami müəliim tərəfindən tam cəzasızlıq şəraitində, istədiyi kimi idarə olunması rayon sakinlərində bu məmurun hansısa “xüsusi” imtiyazlarına dair müəyyən təsəvvürlər yaradıb. Məlumatlarda bildirilir ki, uzun illər ərzində qeyri qanuni yollarla əldə etdiyi külli miqdarda sərvət Nizami müəllimə yuxarı instansiyalarda hələ də öz mövqelərini saxlamağa müvəffəq olan bəzi korrupsioner məmurlar arasında himayədarlar qazandırmışdır. Məhz elə bu himayədarların sayəsində də şöbə müdiri indiyədək bütün təftiş və yoxlamalardan “təmiz” çıxa bilmişdir. Eyni zamanda da böyük maliyyə imkanları Nizami Həsənovu yeni karyera sıçrayışları barədə düşüncələrə də təhrik edir. Belə ki, bəzi mənbələrin verdiyi məlumatlara görə Xaçmazın maliyyə şefi öz imkanlarından həm də Rayon İcra Hakimiyyətinin rəhbərliyinə qarşı yönəlmiş məqsədli intriqaların qurulmasında yetərincə yararlanır. İddialara görə, idarə rəisi işçilərin əmək haqqlarını vaxtlı-vaxtında vermir. İşçilər aylarla əmək haqqı üzünə həsrət qalırlar. Bu isə təbii ki, işçilərin narazılığına səbəb olur. Lakin işsizlik ucbatından işçilər haqlarını tələb edə bilmirlər. Bilirlər ki, haqq səslərini ucaltsalar, idarə rəisi onları işdən çıxarmaqla hədələyəcək. Ona görə də hazırda Xaçmaz Rayon Maliyyə İdarəsində dözülməz durum yaşanır. Bu baxımdan Xaçmazlıları da daha çox narahat edən hal budur ki, bir tərəfdən doğma rayonlarının təhsilinə, səhiyyəsinə və deməli onların və övladlarının gələcəyinə ayrılmış dövlət vəsaitləri elə dövlət orqanlarının gözü qarşısındaca hansısa bir korrupsioner məmur tərəfindən mənimsənilir. Digər tərəfdən isə şəxsi sərvətini hər gün daha da artıran bu məmur hakimiyyət strukturlarında daha yüksək vəzifələrə çatmaq niyyətilə rayonun normal iş ahəngini poza biləcək addımlar atmaqdan belə çəkinmir...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.