Azad Rəhimova daha bir şok: səlahiyyətləri daha da azaldılır...
6-04-2016, 15:58
Oxunub: 3 176
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rayon və şəhər şöbələri ləğv edilə bilər
Onların əvəzində regional idarələr yaradılacaq. Bu barədə Qaynar.info-ya hökumətə yaxın mənbələrdən məlum olub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi 1994-cü ildə yaradılıb. Nazirliyin ölkənin bütün şəhər və rayonlarında idarə və şöbələri fəaliyyət göstərir.
Son vaxtlar hökumətdə aparılan struktur islahatları çərçivəsində həmin idarə və şöbələrin ləğvi, əvəzində isə regional idarələrin yaradılması qərarlaşdırılıb. Bu həm dövlət büdcəsi xərclərinə qənaət etmək, həm də effektiv fəaliyyət göstərmək məqsədi daşıyır.
Əgər bu iddia gerçəkləşərsə, bu, gənclər və idman naziri Azad Rəhimovun səlahiyyətlərinin daha da azalması anlamına gələcək. Belə ki, bundan əvvəl mərc oyunlarına nəzarət A.Rəhimovun əlindən çıxıb. Bu funksiya yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilib. Belə ki, "Bədən tərbiyəsi və idman haqqında" qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərə görə, “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilib. Digər dəyişikliyə əsasən isə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.
Bununla da gənclər və idman naziri həm önəmli səlahiyyətlərindən birini, həm də kifayət qədər böyük həcmli maliyyə axını üzərində nəzarəti itirib.
Əgər GİN-in şəhər və rayonlardakı idarə və şöbələri də ləğv edilərsə, bu Azad Rəhimova növbəti ağır zərbə olacaq, onun tədricən “formal nazirə” çevrildiyini söyləməyə əsas yaradacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər