“Ölümümü tezləşdirməyə çalışırlar”
7-04-2016, 20:47
Oxunub: 3 838
“On milyonluq Azərbaycan əhalisinin heç yüz nəfərini belə inandıra bilməzlər ki, mən bu yaşımda kimisə döyə bilərəm”
Bunu Moderator.az-a açıqlamasında istintaqa cəlb edilmiş görkəmli yazıçı Əkrəm Əylisli deyib.
Yazıçı ittihamları qəbul etmədiyini, kiməsə qarşı təhqir və fiziki zor tətbiq etməyə yaşının, fiziki və mənəvi durumunun imkan vermədiyini qeyd edib: “Hava limanında heç bir insident baş verməyib. Əgər elə olsaydı gərək ki, kamera görüntüləri olardı. Mən onlara bildirdim ki, məni saxlamağınız, getdiyim konfransa buraxmamağınız heç də yaxşı hal deyil. Orada dünyanın bir çox ölkələrindən nümayəndə iştirak edəcək və bütün dünya biləcək ki, azərbaycanlı yazıçını həmin konfransa buraxmayıblar. Hətta təklif etdim ki, növbəti reyslə də olsa məni yola salsınlar. Ancaq onlar məni dinləmədi, qapalı bir məkana apardılar ki, gedək orda danışaq. İndi də oranı bəhanə edib deyirlər ki, hadisə qapalı yerdə olub, ona görə də kamera görüntüləri yoxdur”.
Əkrəm Əylisli cinayət işinin onun yaradıcılığı ilə bağlı olduğunu vurğulayıb: “Mən bir daha deyirəm ki, belə etməməliydilər. Dünyanın aparıcı dövlətlərinin mətbuat orqanlarına düşmək lazım deyildi. Yəqin qorxublar ki, mən orada Azərbaycanın əleyhinə nəsə danışaram. Bunu əvvəlcədən düşünüb orada edəcəyim çıxışın mətnini hazırlamışdım. Mən Azərbaycanın əleyhinə danışmağa getmirdim, o tədbir ədəbiyyatla bağlı idi. Bütün bunları etməklə ölümümü tezləşdirməyə çalışırlar”.
Qeyd edək ki, yazıçı haqqında Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan olunub. İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, DSX-nin əməkdaşı 15.09.1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə solğun göyümtül qançır yaranıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər