Məktəbdə "ordu pulu" yığırlar?
12-04-2016, 10:51
Oxunub: 3 780
Orta məktəblərdə orduya yardım adı ilə hər uşaqdan 2 manat məbləğində pul yığılır
Bu barədə BAKU.WS-ə övladı Xətai rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Zakir Yusifov adına 194 saylı ümumtəhsil orta məktəbinin 1C sinifində oxuyan valideynlərdən biri məlumat verilb. Onun sözlərinə görə, məktəbdə son hadisələri bəhanə edərək əsgərlərə yardım adı altında vəsait toplanılır.
Təhsil Nazirliyinin ictinmaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov BAKU.WS-ə məlumatın inandırıcı olımadığını bildirib. "Mən o məktəbin direktorunu şəxsən tanıyıram, o elə bir adam deyil ki, indiki vəziyyətdə əsgərlərə yardım adı ilə uşaqlardan pul yığsın”, - C.Valehov əlavə edib.
Bununla belə Valehov məlumatın araşdırılacağını bildirib.
194 saylı məktəbin direktoru isə uşaqlardan həqitən də vəsait yığıldığını təsdiq etdi. Amma orduya deyil, vəsaitin Qızıl Aypara Cəmiyyətinə yığıldığını bildirdi.
"Məktəbə Qızıl Aypara Cəmiyətinin Xətai rayon təşkilatının rəhbəri Talıb Rəhimovun imzası ilə məktub daxil olub. Prezidentin 31.04.2004 və 22.05.2007-ci il sərəncamları məktuba əlavə edilib və müəyyən məbləğin toplanması və çatdırılması xahiş olunur”, - Ə.Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi.
Direktorun sözlərinə görə, bu, Xətai rayon İcra Hakimiyyətinin tapşırığı əsasında ildə bir dəfə könüllük prinsipi əsasında yığılır.
"Bu vəsait tək bizim məktəbdə deyil, bütün möktəblərdə toplanır”, - məktəb direktoru vurğulayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər