BolgeXeber.Com » Ölkə » “Türk iş adamına ərə getmirəm” - Lamiyədən açıqlama

“Türk iş adamına ərə getmirəm” - Lamiyədən açıqlama

13-04-2016, 11:49
Oxunub: 2 822 “Türk iş adamına ərə getmirəm” - Lamiyədən açıqlamaJurnalistlərə azadlığa çıxağımda verdiyi informasiya dəstəyinə görə bir daha təşəkkür edirəm

"Təbii ki, ailə qurmaq haqqımdır və buna görə kimdənsə icazə almalı deyiləm. Ancaq belə bir planım yoxdur və nə məqsədlə şou xarakterli şaiyələr yayırlar bilmirəm. Mən həbsdən çıxmışam, öz sakit həyatımı yaşayıram, övladımı saxlayıram. Unutmasınlar ki, belə məlumatlar yaymaqla sakit həyatımda məni narahat edirlər”.

Bu sözləri Vizual.az-a həbsdə ana olması ilə gündəmə gəlmiş və azadlığa çıxmış Lamiyə Quliyeva deyib. Türkiyəli iş adamı ilə ailə quracağı haqda yayılan məlumatlara münasibət bildirən L.Quliyevanın sözlərinə görə, deyilənlər uydurmadır:

"Kiməsə ucuz sensasiya lazım olub və belə xəbər yayıb. Mən nə ailə qururam, nə türk iş adamına ərə gedirəm. Anam və övladımla Şəmkirdə öz həyatımı yaşayıram. Bakıya gəlməyimə səbəb şəxsi işlərimi və sənəd problemlərimi həll etmək olub.

Jurnalistlərə azadlığa çıxağımda verdiyi informasiya dəstəyinə görə bir daha təşəkkür edirəm. Azadlığa çıxanda da onların əməyini qeyd eləmişəm, indi də minnətdaram. Amma xahiş edirəm, əsası olmayan xəbərlər yaymasınlar. Üstəlik, guya ailə quracağım və ölkədən gedəcəyim haqda xəbəri təsdiqləmişəm. Tamamilə yalandır”.

L.Quliyeva bildirib ki, mətbuat belə xəbərləri tirajlamaqla rayonda onun barəsində müzakirələri açılmasına səbəb olur: "Başa düşə bilmirəm ki, bu xəbər kimin ağlına gəlib? Mən şou adamı deyiləm ki, şəxsi həyatım medianın diqqətində olsun?!

Adi vətəndaşam, məlum hadisələrə görə mətbuat yazıb, o zaman ictimai əhəmiyyəti var idi. İndi Lamiyə ərə gedirsə, bunun oxucuya və mediaya heç bir dəxli olmamalıdır. Və yenə təkrar edirəm ki, kökündən səhv xəbərdir. Jurnalist dostlardan xahiş edirəm, dəqiqləşdirib yazsınlar”.

Qeyd edək ki, L.Quliyevanın türk iş adamına ərə gedəcəyi aqda xəbərlər yayılmışdı.
Bolgexeber.com
“Türk iş adamına ərə getmirəm” - Lamiyədən açıqlama
“Türk iş adamına ərə getmirəm” - Lamiyədən açıqlama
“Türk iş adamına ərə getmirəm” - Lamiyədən açıqlama