İcra başçısından baş prokurora - ŞİKAYƏT
19-04-2016, 10:32
Oxunub: 3 765
Sahibkarlar müraciətlərində yazırlar ki, rayonda yeni bazar tikilməsinin əleyhinə deyillər
Gədəbəydən bir qrup sahibkar baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun daha bir qanunsuz əməli ilə bağlı sizə müraciət edərək tədbir görməyinizi xahiş edirik. Məlumunuz edirik ki, Yediyarov rayonun Arıxdam kəndinin ərazisində əhaliyə məxsus kənd təsərrüfatı təyinatlı pay torpaqlarının arasında yeni bazar tikdirib. Bizdə olan məlumata görə, bazarın tikildiyi ərazi pay torpağıdır və bu tikinti üçün müvafiq dövlət orqanlarından icazə alınmayıb”.
Sahibkarlar müraciətlərində yazırlar ki, rayonda yeni bazar tikilməsinin əleyhinə deyillər. Amma bazarın rayon mərkəzindən xeyli kənarda, xüsusi ilə əkin sahələrinin arasında, kənd təsərrüfatı təyinatlı torpaqlarda, qeyri-qanuni tikilməsi yolverilməzdir: “Hamıya məlumdur ki, bazar olan ərazidə məişət tullantıları həddən artıq çox olur. Hətta rəhbərliyi normal işləyən rayonlarda belə bazar ətrafı ərazilərdə zibillənmənin qarşısını almaq olmur.
Nəzərə alsaq ki, bazar tikilən ərazi çox küləklidir və Ramiz Yediyarov "komxoz"-un (Kommunal Təsərrüfat Şöbəsi-E.H) yeganə yük maşınını qızıl şirkətinə hər ayı min manata icarəyə verib, bəri başdan demək olar ki, bazar işə düşəndə bu ərazidə əkin əkən insanlar torpaqdan kartof, taxıl yerinə polietilen torbalar, butulkalar və s. min bir adda zir-zibil yığacaqlar. Bu da olacaq Ramiz Yediyarovun ölkənin aqrar sektoruna daha bir zərbəsi olacaq".
Sahibkarlar müraciətlərində yazırlar ki, R.Yediyarov bu işdə tək deyil: “Ramiz Yediyarov bu qanunsuzluğa, daha dəqiq desək, cinayət əməlinə tək başına yol vermir. Onun himayəçısi var. Belə ki, vergilər naziri Fazil Məmmədov özünün Vəkil adlı yaxın qohumu vasitəsilə bazarın tikintisinə nəzarət edir.
Hörmətli Zakir müəllim, biz yuxarıda heç bir araşdırmaya, istintaqa ehtiyacı olmayan, minlərlə insanın gözü qabağında baş verən, hətta demək olar ki, nümayişkaranə şəkildə edilən böyük bir qanunsuz əməldən bəhs etdik. Ramiz Yediyarovun bu əməlinin qarşısını almağı sizdən xahiş edirik".
Musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər