Deputatın karyerasında qırılma nöqtəsi – Məhkəmə
21-04-2016, 16:49
Oxunub: 4 016
Deputat Elmira Axundova üçün seçkidən sonrakı dövr qanqaraçılıq oldu
Vizual.az xəbər verir ki, oğlu Həbib Axundovla onlardan şikayətçi olan bir qrup vətəndaş arasında məhkəmə çəkişməsinin ictimailəşməsi mandat sevincini ürəyində qoydu.
Bu həm onun reputasiyasına zərbə vurdu, həm də karyerası üçün qırılma nöqtəsi oldu. İddialara görə, xanım millət vəkilinə bu, sonuncu verilmiş şansdır və növbəti seçkilərdə deputat olacağı gözlənilmir. Hər halda Axundova üçün ürəkaçan mənzərə deyil.
İddialara görə, oğlu ilə bağlı qalmaqalın mediada işıqlandırılması deputatı narahat etməyə başlayıb və bəzi saytlardan xəbərləri yığışdırmağa çalışıb.
Ancaq azadliq.info yazıb ki, deputat və oğlunun hər birindən 600 min manat kompensasiya tələb edən iddiaçılar onların böhtan və təhqirə görə cəzalandırılmasını tələb edir.
Elmira Axundovaya qarşı iddianın səbəbi onun "Üç nöqtə” qəzetində dərc olunmun müsahibəsidir. Oğlu Həbib Axundov isə Whatsapp mesajına görə məhkəməyə verilib. Həbib Axundovun onlardan külli miqdarda pul alıb qaytarmadığını iddia edən şikayətçilər məhkəməyə təqdim etdikləri ərizədə göstəriblər ki, sözügedən Whatsapp mesajında Həbib Axundov onları təhqir edib. Iddiaçılardan Ziya Vəliyevə göndərilən mesajda belə yazılıb.
Deputat və oğluna qarşı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyev baxır. Aprelin 19-da keçirilən məhkəmə iclasında Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva bildirib ki, təhqir və böhtan xarakterli mesajın göndərildiyi telefon nömrəsi Həbib Axundova məxsus deyil. Vəkil qeyd edib ki, qarşı tərəf həmin nömrənin Həbib Axundovun istifadəsində olduğunu sübut etməlidir.
İddiaçıların nümayəndəsi Tahir Əlirzayev həmin nömrənin Həbib Axundova məxsus olmadığı barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. Qeyd edib ki, Həbib Axundov iddiaçılarla dəfələrlə məhz həmin nömrə ilə əlaqə saxlayıb. Vəkil bu məsələnin "Azercell”lə dəqiqləşdirilməsinin vacib olduğunu deyib.
"Qanunda göstərilib ki, tərəflərin sorğularına cavab verilməsə, məhkəmə öz səlahiyyətlərindən istifadə edib, həqiqətin üzə çıxarılması üçün bu məsələdə onlara yardım etməlidir. Xahiş edirik, ya ”Azercell” üçüncü tərəf kimi prosesə cəlb olunsun, ya da şirkətə sorğu göndərilsin”, – deyə vəkil vəsatət qaldırıb.
Lakin hakim vəsatəti təmin etməyib. Bu qərar da qalmaqala səbəb olub. Iddiaçılar və nümayəndə məhkəmənin bu işə obyektiv və ədalətli yanaşmadığını vurğulayaraq, hakim Zəfər Quliyevə etiraz vermək qərarına gəlib. Tahir Əlirzayev etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi aprelin 21-də davam edəcək. Xatırladaq ki, bir qrup şəxs Həbib Axundov tərəfindən aldadıldıqlarını iddia edir. Bununla əlaqədar Bakı şəhər Baş Polis Idarəsində araşdırmalar aparılır. Elmira Axundova isə bildirir ki, həmin şəxslər pulu Həbib Axundova yox, Elnur Ibrahimova veriblər, onun da barəsində axtarış elan olunub. Qarşı tərəfi dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər