BolgeXeber.Com » Ölkə » “Akkord”da jeton biznesi

“Akkord”da jeton biznesi

27-04-2016, 18:32
Oxunub: 2 864 “Akkord”da jeton biznesiAkkord Sənaye Tikinti İnvestisiya Korporasiyasın nəzarətində olan Abşeron Gənclər Şəhərciyində qəribə fırıldağa əl atılıb

Məlumat verən sakinlərin sözlərinə görə, onların üzləşdiyi bu qəribə fırıldağın arxasında şəhərciyə rəhbərlik funksiyasını daşıyan Kamal adlı şəxsin durduğu bildirilir.

Deyilənə görə, şəhərcikdəki bütün binaların girişinə kodla qapı qoyulub və bunun sakinlərin təhlükəsizliyi üçün edildiyi bildirilib. Həmin "domafonları” quraşdıran şirkət gördüyü işə görə, hər bir sakindən ayrıca pul alıb. Yəni təhlükəsizlik adı ilə görünən həmin iş sakinlərin öz pulu hesabına qarşılanıb:

"Bizə qapını açmaq üçün xüsusi jetonlar da satdılar.Onları da Kamal və onun işçiləri 5-10 manat arasında satırdı. Elə ailə var ki, həmin jetondan 4 dənə alıb. Hazırda qapıların çoxunu Kamalın satdırdığı jetonlarla açmaq mümkün deyil. Üstünə şikayətə gedəndə səbəbini belə izah edir ki, həmin firma burdan gedib.

Kamal bizə deyir ki, bir-iki günə yeni firma gəlib bu işləri təzədən görəcək. Bu da o anlama gəlir ki, Kamalın yeni jeton biznesi çiçəklənməyə başlayacaq. Çünki köhnə jetonlar və qapılara qoyulan "domafonlar” öz işlək funksiyasını tamamilə itiribsə, deməli onlar yenisilə əvəz olunmalıdır”.

Bildirmək istəyirik ki, sözügedən şəhərciyin əksər binalarına təbii qaz verilməyib. Bir neçə binada qazlaşma aparılandan sonra, səbəbi belə izah olunub ki, iş icraçısı olan şirkətlə "Akkord” arasındakı maliyyə öhdəliyi öz həllini hələ də tapmadığı səbəbindən şəhərcikdəki qazlaşma prosesi dayandırılıb. Onların da mövqeyini dinləməyə hazırıq.(Azinforum.az)