BolgeXeber.Com » Ölkə » AZFEN işçisini infarkt edib - ŞİKAYƏT

AZFEN işçisini infarkt edib - ŞİKAYƏT

5-05-2016, 10:30
Oxunub: 3 974 AZFEN işçisini infarkt edib - ŞİKAYƏT"İşdən çıxararkən heç bir təzminat belə ödəmədi"

Miq.az-ın redaksiyasına Muxtarov İsmayıl tərəfindən daxil olmuş AZFEN rəhbərliyi haqqında yazılmış şikayət məktubunu oxuculara təqdim edirik:

Hörmətli Həmid müəllim! Sizin və Dövlət Əmək Müfəttişliyi əməkdaşlarının fəhlələrin qayğısına qalmağına heç bir şübhəm yoxdur.
Sizin yazdığınıza görə, DƏM dərhal hadisədən məlumatlanıb. Ona görə də 1 epiqrazda göstərilmişdi ki, xəstə evdən gəlib? Mən faktiki olaraq 45 dərəcə istidə işləməyə məcbur olduğum üçün infarkt keçirib II qrup əlil oldum. Sizin kadrlar rəisiniz mənə ərizə yazıb çıxmağı məcbur edəndə, mən ombudsmana müraciət etdim. Məni şikayətdən sonra işə dəvət etdilər. Vəziyyətim ağır olsa da, maddi imkansızlıqdan işi qəbul etdim. İşə getmək istəsəm də, vəziyyətim qəfildən pisləşdi.
Sizin mənim üçün təşkil etdiyiniz isə Muğan Kürdəmirdə yerləşən, həftədə 70 saat istirahətsiz işləməyə gedə bilmədim. Bundan istifadə edib, kadrlar üzrə rəisiniz xəbərdarlıq etmədən məni işdən çıxartdı.
İşdən çıxararkən heç bir təzminat belə ödəmədi. Hörmətli Həmid müəllim, mən işə girərkən həyat və tibbi sığortam olub, lakin nədənsə kimin marağının ucbatından heç nə köməklik görmədim. Bəli, Nazirlər Kabinetinin belə bir qərarı var. Araşdırmalı idiki hadisə iş vaxtı olub, ancaq sizin əməkdaşlar və əmək müfəttişinin təşkil etdiyi 1 epiqrazlə bütün yazdığım ərizələr rədd olunur.
ƏƏSMN rəis müavini Anar müəllim ərizələrimi oxumadan rədd cavabı verir. Nəzərinizə çatdırıram ki, hüqüqlarımın müdafiəsi üçün bütün mətbuat nümayəndələrini toplayıb mətbuat konfransı keçirəcəyəm.