BolgeXeber.Com » Ölkə » İcra başçısı 90 minlik tualetin güdazına gedir - İDDİA

İcra başçısı 90 minlik tualetin güdazına gedir - İDDİA

7-05-2016, 09:10
Oxunub: 2 989 İcra başçısı 90 minlik tualetin güdazına gedir - İDDİANiyə həmin vəsaitin yolların təmirinə xərclənməsi təşəbbüsü ilə çıxış etmirdi?

Xəbər verdiyimiz kimi, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb. Layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb. Qeyd edək ki, layihənin başa çatması münasibətilə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə mərasim keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi iştirak edib.
İcra başçısı 90 minlik tualetin güdazına gedir - İDDİA


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev qonaqlara rayon haqqında məlumat verib, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib. Tsuquo Takahaşi layihənin başa çatması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, ölkəsinin Azərbaycanda həyata keçirdiyi sosial layihələrdən danışıb. Bildirilib ki, Yaponiya hökuməti indiyədək Beyləqan rayonunda 2 layihə həyata keçirib və bu, 3-cü layihədir. Layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olub, şagirdlərin rəsm sərgisinə və idmançıların çıxışlarına baxıblar. Nəzərinizə çatdırmaq istəyirik ki, Beyləqanda tualetin təntənəli açılışı ilə bağlı xəbər bir neçə gündür ki, mətbutda əsas müzakirə mövzusuna çevrilib. Gundelik-baku.com-un əldə etdiyi məlumata görə, bu məsələyə görə Beyləqanın icra başçısı Vaqif Abdullayevin başı ağraya bilər. Rayon sakinləri bildirirlər ki, Beyləqanda sayı-hesabı dəqiq bilinməyən problemlər olduğu halda başçının tualet tikdirməkdə israr etməsi heç cür başadüşülən məsələ deyil: «Həmin məktəbləri tikərkən içərisində sanitar qovşaq da nəzərə alınmalı idi.

İcra başçısı sözügedən layihə çərçivəsində bu məktəblərə tualetin tikilməsi məsələsində israr edib. Halbuki, bu işi Beyləqan Rayon İcra Hakimiyyətinin büdcəsi hesabına da görmək olardı. İcra başçısı rayonun mərkəzi və kənd yollarının durumunu görmür? Niyə həmin vəsaitin yolların təmirinə xərclənməsi təşəbbüsü ilə çıxış etmirdi? Beyləqan rayonunun mərkəzi yolları tamamilə bərbad vəziyyətdədir. Qışda palçıq dizə çıxır, yayda isə hər yan toz olur». Özəl mənbələr gundelik-baku.com-a bildiriblər ki, fəaliyyəti yerli camaat tərəfindən kəskin tənqid olunan icra başçısı yaxın günlərdə tutduğu vəzifəsindən kənarlaşdırıla bilər. Onun yerinə kimin təyin ediləcəyi isə hələlik sual olaraq qalır. Qarşı tərəfi də dinləyə bilərik.