Tərtərli yeniyetmələr medalla geri dönüblər - FOTOLAR
17-05-2016, 09:13
Oxunub: 3 455
İdmançılara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilmişdir
Tərtərli boksçular ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında 14-cü beynəlxalq boks turnirində uğurlu nəticələr əldə ediblər. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Uşaq Gənclər İdman Məktəbinin məşqiçi müəllimi Faiq Məmmədovu və onun medal qazanmış yetirmələrini qəbul etmişdir.
Bolgexeber.com xəbər verir ki, məşqçi müəllim bildirmişdir ki, Bakı şəhərində 11 ölkə boksçularının iştirakı ilə keçirilən yarışda Tərtər rayonunu üç idmançı təmsil edib. Tərtərli boksçular çempionatda iki medal qazana biliblər. Belə ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən Elşən Cəbizadə birinci, 50 kiloqram çəki dərəcəsində isə Məhərrəm Məhərrəmzadə ikinci yerə layiq görülüblər.
Rayon rəhbəri məşqçi Faiq Məmmədovu, onun yetirmələri olan Elşən Cəbizadəni və Məhərrəm Məhərrəmzadəni beynəlxalq turnirdə qazandıqları uğurlara görə təbrik etmiş, gənc boksçulara uğurlar arzulamışdır.
İdmançılara rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilmişdir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər