BolgeXeber.Com » Ölkə » "Diasporla İş üzrə Dövlət Komitəsinin nə etdiyi bəlli deyil" - İTTİHAM
"Diasporla İş üzrə Dövlət Komitəsinin nə etdiyi bəlli deyil" - İTTİHAM
19-05-2016, 14:22
Oxunub: 3 993
Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri Diasporla İş üzrə Dövlət Komitəsinin keçirdiyi Dünya Azərbaycanlılarının IV Qurultayına çağrılmaması ilə bağlı narazılığını ifadə edib
Modern.az-ın məlumatına görə, o bildirib ki, ötən illər ərzində keçirilən qurultayların heç bir nəticəsi olmayıb.
“Amerika Azərbaycanlıları Cəmiyyəti dünyada ilk qurulan cəmiyyətdir, 59 il ABŞ,-da Azərbaycan bayrağını uca tutub. Bizi qurultaya çağırmasalar nə olacaq ki.
Eks-prezident Heydər Əliyev ilk Qurultayda məni Dünya Azərbaycanlılarının əlaqələndirmə şurasına vitse-prezident seçmişdi. Prezident İlham Əliyev isə mənə şöhrət ordeni verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin nə etdiyi bəlli deyil”, deyə diaspor rəhbəri vurğulayıb.
İyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində təşkilat komitəsi yaradılıb.
Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, habelə Azərbaycana dost münasibətilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər