Daşkəsəndə vəzifələr satışa çıxarılıb?-İDDİA
27-05-2016, 10:22
Oxunub: 3 655
Yol İdarəsinin müdiri postuna 50 min manat qiymət qoyulduğu deyilir
Daşkəsən rayonunda ağır sosial-iqtisadi sıxıntıların yaşandığı, rayonun icra başçısı Əhəd Abıyevin insanlarla maraqlanmadığı, problemləri həll etmədiyinə dair mütəmadi olaraq redaksyiamıza məlumatlar verilir. JAM.AZ-a daxil olan məlumatlarda çeşidli iddialar yer alır ki, onların hər birində kifayət qədər ciddi ittihamlar da mövcuddur.
Dünən isə müraciət edən oxucularımızdan Sahib adlı şəxs yazıb ki, Daşkəsəndə vəzifələr satışa çıxarılıb. Onun iddiasına görə, icra başçısı Əhəd Abıyev rayon Yol İstismar İdarəsinin rəisi vəzifəsinə 50 min manat qiymət qoyub. «Daşkəsəndə Əhəd Abıyev Yol İdarəsinin rəisi vəzifəsini tenderə çıxarıb. İlkin qiymət 50 min manatdır».
Qeyd edək ki, Daşkəsəndə vəzifə satışı ilə əlaqədar məlumatlar ilk deyil. Bundan əvvəl də icra başçısının müxtəlif vəzifələri satışa çıxardığına dair iddialar mövcud idi.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər