BolgeXeber.Com » Ölkə » Riyaziyyat və informatika liseyine rüşvət - İTTİHAMI

Riyaziyyat və informatika liseyine rüşvət - İTTİHAMI

3-06-2016, 13:38
Oxunub: 4 974 Riyaziyyat və informatika liseyine rüşvət - İTTİHAMIÖtən ilin sentyabrında prezidentin yeni binasının açılışını etdiyi liseydə neqativ hallar müşahidə olunur


Bir qrup valideyn tərəfindən verilən xəbərə görə, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyində imtahanların şəffaf keçirilməsi ilə bağlı şübhə doğuran məqamlar üzə çıxıb.


Vaxtilə 1 nömrəli fizika - riyaziyyat təmayüllü internat məktəbi kimi fəaliyyət göstərmiş indiki lisey barədə xoşagəlməz məlumatlar yayılmaqdadır. Bildirilir ki, bu günlərdə liseydə 7 və 8-ci sinifləri bitirənlərin imtahanı keçirilib.


Bu imtahanların Təhsil Nazirliyi tərəfindən götürüldüyü və bir həftə ərzində nəticələr açıqlandığı deyilir. Sözügedən imtahanlara nazirlikdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayevun nəzarət etdiyi xəbər verilir.


TİA.AZ-a valideynlərin verdiyi xəbərdə bildirilir ki, imtahanların keçirilməsi ilə bağlı lisey şagirdlərinə nə sual kitabçası verilir, nə cavablarla bağlı açıqlama. Yalnız siyahı lövhəyə vurulur və nəzərdə tutulan keçid balını toplayanların imtahandan keçdiyi açıqlanır. Lisey rəhbərliyi belə əsaslandırır ki, şagirdlərin hansı nəticəni göstərməsi, sual kitabçası ilə tanışlığı və cavablardakı yanlışlığı görməsini nazirlik qadağan edib.



Nazirlik icazə vermir ki, şagirdlər etdiyi səhvlərə və yaxud düşən sualların ətraflı, izahlı cavabına baxsın. Bu da öz növbəsində imtahanla bağlı qanuna zidd əməldir. Eyni zamanda, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyində keçirilən imtahanların şəffaflığına kölgə salır. Ondan əlavə, deyilənlərə görə liseydə konkret təlimat almış şəxslər var.



Onlar şagird qəbulu üzrə biznes işinə həvalə olunub. Lisey direktoru, fizika-riyaziyyat elmləri namizədi, əməkdar müəllim Tariyel Talıbov etibar etdiyi kadrlarının sinəsini qabağa verərək valideynlərlə qeyri-rəsmi danışıqlara səfərbər edir. Redaksiyamıza məlumatı sızdıran valideynlər qeyd edirlər ki, şagrd qəbulu 3000-5000 manat civarında dəyişir. Kifayət qədər böyük rəqəm olan bu məbləğə isə valideynlərin imkanı çatmır. Üstəlik, qəbulun ödənişli olması haqda heç bir rəsmi qərar yoxdur. Yalnız Tariyel Talıbovun yaratdığı biznes mühiti nəticəsində lisey təhsil-tədris deyil, supermakret şəbəkəsinə çevrilib.



Valideynlərin sözlərinə görə, lisey direktoru bu məbləğin təyin olunmasında özünün rolu olmadığını qeyri-rəsmi söhbətlərdə açıqlayb. Direktor bəyan edib ki, həmin vəsaitin az bir hissəsi ona çatır və birbaşa nazirliyin kuratoru götürür. Qeyd edək ki, Bakının bir neçə orta məktəb liseylərində bu kimi hallanır təkrarlanır.



Nazirlik rəsmiləri isə niyəsə açıqlama vermir. Yada salaq ki, prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bu məktəb üçün 1963-cü ildə bina inşa olunub. 1964-cü ildə 1 nömrəli internat məktəbinin bazasında 1 nömrəli fizika-riyaziyyat və kimya-biologiya təmayüllü internat məktəbi yaradılıb. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılıb.



Bu bazada isə 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirib. 1991-ci ildə Nazirlər Kabinetinin qərarı ilə məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey adlandırılıb. Hazırda Lisey bu adla fəaliyyət göstərir. Hazırda Liseydə respublikanın bütün bölgələrindən 600 şagird təhsil alır.



Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır. Sözügedən təhsil ocağında baş verən digər proseslər barədə araşdırmalar aparırıq və müəyyən bilgilər əldə etmişik. Araşdırmaların yekunu haqda məlumat verəcəyik.
Riyaziyyat və informatika liseyine rüşvət - İTTİHAMIRiyaziyyat və informatika liseyine rüşvət - İTTİHAMI
Riyaziyyat və informatika liseyine rüşvət - İTTİHAMI