BolgeXeber.Com » Ölkə » Xınayaxdı şirkətləri arasında qalmaqal: “Ucuz qiymət təklif edib, bazarı öldürürlər”

Xınayaxdı şirkətləri arasında qalmaqal: “Ucuz qiymət təklif edib, bazarı öldürürlər”

6-06-2016, 16:42
Oxunub: 6 846 Xınayaxdı şirkətləri arasında qalmaqal: “Ucuz qiymət təklif edib, bazarı öldürürlər”Xınayaxdı mərasimlərini təşkil edən böyük və kiçik şirkətlər arasında qalmaqal yaranıb

Xınayaxdı mərasimlərinin təşkili ilə məşğul olan kiçik şirkətlər böyük şirkətlərin işinə “mane” olmağa başlayıb. Belə ki, onlar aşağı qiymətlər təklif etməklə böyük şirkətləri sıradan çıxarmağa başlayıblar. Bu isə iri şirkət sahiblərinin narazılığına səbəb olub. Həmin şirkətlərdən birinin sahibi, xınayaxdı mərasimlərinin tanınmış aparıcılarından olan Nazilə Səfərli AzNews.az-a müraciət edərək şikayətini dilə gətirib. N.Səfərlinin sözlərinə görə, dəvət aldıqları məclis toya 3 gün qalmış sahibləri tərəfindən təxirə salınır: “Toy sahibi ilə danışıb razılaşmışdıq. Toy sahibi zəng etdi ki, məclis təxirə düşüb. Normal qarşıladım. Amma sonra kiçik xına şirkətlərinin birindən yarım saatlıq dəvət aldım. Araşdıranda məlum oldu ki, bu, həmin təxirə salınan məclis imiş. Belə hallar olduğunu biləndə həmin məclisi aparmaqdan imtina edirəm. Ona görə, bu məclisdən də imtina etdim. Sonra toy sahibi mənə zəng edti ki, qızım məclisi sizin aparmağınızı istəyir və biz sizin istədiyiniz qiyməti verəcəyik. Mən də əlacsız qalıb getdim”. N.Səfərli iddia edir ki, kiçik xınayaxdı şirkəti ilə razılaşmayıb, birbaşa toy sahibindən pul aldığı üçün mərasim bərbad hala salınıb: “Xına gedə-gedə mənim səsimi 4 dəfə kəsdilər. 3 mikrofondan biri işləmədi. Onlara faiz vermədiyim məclislərdə insanların xınayaxdısını pis günə salırlar. 6 dəfə aşağı qiymət təklif edirlər, lakin mənim 30-dan yuxarı işçim var, müğənnilərim məhşurlardır, onlar dolanmalı deyil?” Daha bir böyük xınayaxdı şirkətlərindən sahibi olan müğənni Xuraman Şuşalı qismən də olsa rəqib şirkətin sahibi N.Səfərli ilə həmfikirdir: “Əslində heç kim digərinin “çörəyinə” mane ola bilməz. Ruzini verən Allahdır. Hamı dolanmalıdır. Lakin bəzi şirkətlər var ki, onlarda hər şey çox köhnədir. Hətta mənə o şirkətlərdən bir neçə dəfə müraciət ediblər ki, köhnəlmiş dekorları onlara satım. Biz bir dekoru 4-5 dəfə istifadə etdikdən sonra onu kənara qoyuruq. Onlar artıq köhnə sayılır. Xina evləri isə qiyməti çox öldürürlər. Xınada həm müğənnilik edən, həm də məclis aparan yeganə şəxs mənəm. Gördüyümüz işin keyfiyyəti var. Kimisə məclisimə gətirib, 100 manat verib oxutdurmuram. Məclisi özüm oxuyuram. Bu gün müğənnilərin qiyməti ilə mənim verdiyim paketin arasında çox böyük fərq var. Mənim səviyyəmdə olan müğənni yarım saata o qiymətə gedir. Amma mən dekor, ansambl, fotoqraf, operator, rəqqasə də içində olmaqla həmin qiymətə məclis aparıram. Bizim 6 dekorumuz var. Biri var məclisi Xuraman Şuşalı idarə eləsin, biri də var hansısa şirkət. Hamı dolanmalıdır. Kimsə deməsin ki, bütün xınalar mənim olsun”.