Bakıda xanım şəhidimizin ruhuna hörmətsizlik - FOTOLAR
14-06-2016, 16:47
Oxunub: 4 241
Oxucuların bildirdiyinə görə, paytaxtın Nizami rayonunda Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış bir şəxsin xatirəsinə hörmətsizlik edilir: "Nizami rayonu, Çobanzadə küçəsində, 109 saylı orta məktəbin yanında şəhid tibb bacısı Rəhilə Əli qızı Orucovanın xatirəsinə vaxtilə yaradılmış bulaq bərbad və natəmiz bir yerə cevrilib. Xahiş edirik, əlaqədar qurumlar baxıb utansınlar və ölçü götürsünlər".
Qeyd edək ki, Orucova Rəhilə Əli qızı 1965-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Tibb Məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Erməni terrorçu-separatçıları Azərbaycan torpaqlarını işğal etməyə, dinc insanları qətlə yetirməyə başlayanda o da müharibəyə qatılaraq, çiynində tibb çantası, əlində avtomat ərənlərimizlə çiyin-çiyin səngərlərdə, döyüş meydanlarında olub. R.Orucova Goranboy cəbhəsində onlarla döyüşçümüzə ilkin tibbi yardım göstərərək onları ölümün pəncəsindən xilas edib.Milli.Az


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər