BolgeXeber.Com » Ölkə » “Zəngilan İcra Hakimiyyətindən mənə 4 aydan bir 100 manat verirlər ki, get yaşa, axı necə yaşayım?” - ŞİKAYƏT

“Zəngilan İcra Hakimiyyətindən mənə 4 aydan bir 100 manat verirlər ki, get yaşa, axı necə yaşayım?” - ŞİKAYƏT

18-06-2016, 10:58
Oxunub: 4 458 “Zəngilan İcra Hakimiyyətindən mənə 4 aydan bir 100 manat verirlər ki, get yaşa, axı necə yaşayım?” - ŞİKAYƏTElman İsmayılov ailəsinin ağır durumda olması barədə dəfələrlə prezidentə müraciət etdiyini, oradan isə məktubuna cavabın Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova gəldiyini deyir

Zəngilan rayon sakini, hazırda Xətai rayonu Qaçaq Nəbi küçəsi 6 saylı yataqxanada məskunlaşan, keçmiş polis, müharibə veteranı, II-ci qrup əlil Elman İsmayılov maddi və sağlamlıq cəhətdən çox ağır vəziyyətdədir. Xəstə övladları və xanımı ilə 4 metr uzunluğu, 5 metr eni olan kiçik bir otaqda, yataqxanada məskunlaşan Elman İsmayılov hər ay 2-ci qrup əlil təqaüdü və dövlətin verdiyi çörək pulu ilə birlikdə 187 manat məvacibın nə özünün, nə də övladlarının dava-dərmanına çatmadığını deyir.

Acınacaqlı vəziyyətdə olan ailə çarəsizdir: “Zəngilan rayonu işğal olunan vaxt mən rayon polis idarəsində polis serjantı kimi çalışır və erməni cəlladlarına qarşı döyüşürdüm. Horadizin azad olunmasında mənim də xidmətim olub, sonradan xəstəliyimlə bağlı öz ərizəmlə işdən azad olundum. Həkimlər məndə xərçəng xəstəliyi aşkar etdilər. 2 dəfə əməliyyat olundum. Sonra mən sağlamlığımı tamamilə itirdim. 3 övladım var. Böyük oğlum Səfanın 9 yaşında olarkən gözləri tutuldu. İndi 15 metrdən uzağı görmür. Hazırda 25 yaşı var. 1998-ci ildən görkəmli oftalmoloq Zərifə Əliyeva adına xəstəxanada qeydiyyatdadır. Həkimlərin verdiyi rəyə görə 3 aydan bir iynə-dərman qəbul etməlidir, yoxsa olan-qalan görmə qabiliyyətini də itirəcək. Üstəlik, bu övladım əsəb xəstəsidir. 2007-ci ildə meningit xəstəliyi keçirib və 1 saylı xəstəxanada qeydiyyatdadır. 2011-ci ildən qıcolma xəstəliyinə tutulub. Hər gün azı 2 dəfə qıc olması olur, dili qatlanır ölümlə üz-üzə qalır. Özünü idarə edə bilmir, bir dəfə yıxıldı, burnu, çənəsi sındı, başında sınıqlar əmələ gəldi. 1 saylı xəstəxanada əməliyyat olundu. Bu uşaq dərmanlarla qalır. Dərmanları qurtaranda özündən olmur, hətta 1 dəfə bıçaqla özünə xəsarət də yetirib. Kiçik oğlum Araz skalyoz xəstəliyindən (onurğa əyriliyi - red.) əziyyət çəkir. Həkimin məsləhəti ilə gündəlik aparatlara getməlidir ki, bu aparatların da günlük qiyməti 60 manatdır. Mən 2-ci qrup əlil kimi ayda 115 manat təqaüd alıram. Bir də dövlətin verdiyi 72 manat çörək pulu alırıq. Bu 187 manat heç mənim öz müalicəmə bəs etmir, qaldı ki, övladlarımın. Mən də iynə dərmanla, qan köçürmə ilə yaşayıram”.

Elman İsmayılov ailəsinin ağır durumda olması barədə dəfələrlə prezidentə müraciət etdiyini, oradan isə məktubuna cavabın Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova gəldiyini deyir. Ancaq İcra Hakimiyyəti də onlara mütəmadi yardım etməyib: “İcra Hakimiyyətindən mənə 4 aydan bir mənə minnətlə iynə-dərman almaq üçün 100 manat pul verirlər ki, get yaşa. Dəfələrlə icra başçısı Ramiz Həsənova ailəmizin ağır durumda olması barədə ərizə ilə müraciət etmişəm. O da bizim evə həkim briqadası və öz müavinini göndərib. Həkimlər müavinə rəylərini bildiriblər ki, həqiqətən də bu ailəyə müalicə üçün güclü kömək lazımdır. Ancaq bizə 4 aydan bir verilən 100 manatdan başqa heç bir kömək olunmur. Mən bu torpaqlar, vətən uğrunda düşmənlə üz-üzə savaşmışam, sağlamlığımı itirmişəm. Amma indi bu vətəndə mənim ailəm, övladlarım günlərlə çörək almağa pul tapmır”.
“Zəngilan İcra Hakimiyyətindən mənə 4 aydan bir 100 manat verirlər ki, get yaşa, axı necə yaşayım?” - ŞİKAYƏT
“Zəngilan İcra Hakimiyyətindən mənə 4 aydan bir 100 manat verirlər ki, get yaşa, axı necə yaşayım?” - ŞİKAYƏT