NN şefi haqda ŞOK İDDİA - Belə deyirlər...
22-06-2016, 12:10
Oxunub: 3 791

Oğul Anar Məmmədovun da xeyli vaxtdır ki, xarici ölkələrdən birində yaşadığı deyilir və Azərbaycana dönmək fikri olmadığı haqda informasiyalar yayılıb
Nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına qadağa qoyulub. Bu haqda AzToday.az-a məlumatlı mənbə bildirib. Onun sözlərinə görə, nazirin diplomatik pasportunun müddəti bitdiyindən o, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə müraciət edib. Qarşı tərəf də heç bir səbəb göstərmədən onun müraciətini cavabsız qoyub. Mənbə qeyd edir ki, Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması yuxarının göstərişilə həyata keçirilib və bununla bağlı DİN-nin müvafiq qurumuna şifahi xəbərdarlıq edilib. Xatırladaq ki, son vaxtlar Ziya Məmmədovun başı bəlalardan qurtulmaq bilmir. Öncə onun rəhbərlik etdiyi qurumun tabeliyində olan bir çox müəssisələr sərbəst fəaliyyət göstərmək statusu qazandı, sonra isə ailəyə məxsus olan bank və sığorta şirkətləri bağlandı. Oğul Anar Məmmədovun da xeyli vaxtdır ki, xarici ölkələrdən birində yaşadığı deyilir və Azərbaycana dönmək fikri olmadığı haqda informasiyalar yayılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər