BolgeXeber.Com » Ölkə » Beyləqanda skandal: Poliklinika müdirinin oğlunun videosu ortaya çıxdı
Beyləqanda skandal: Poliklinika müdirinin oğlunun videosu ortaya çıxdı
24-06-2016, 17:10
Oxunub: 4 768
Fəxrəddin Quliyevin oğlu faizə pul götürərək qumarda uduzub, qaytara bilmədiyi üçün təhqiramiz formada görüntülərini yayıblar
Beyləqan Şəhər Poliklinikasının baş həkimi Fəxrəddin Quliyevin oğluyla bağlı şok video yayılıb. JAM.AZ xəbər verir ki, həmin görüntülərdə baş həkimin oğlu etiraf edir ki, həqiqətən də ayrı-ayrı şəxslərdən faizə pul götürərək, qaytarmayıb.
Belə ki, o, pulları qumarda uduzduğunu və bu səbəbdən də verə biləmdiyini deyib. Videonu çəkən şəxslərlə dialoqunda o, konkret olaraq tarix deyərək, həmin müddətə kimi pulu geri qaytaracağını vurğulayıb. Qaytara bilməyəcəyi təqdirdə isə heç də xoş olmayan təklif irəli sürüb. Üstəlik, həmin şəxslər bildiriblər ki, oğlu faizə pul götürərək adamları aldadır, atası isə poliklinikanı dağıtmaqla məşğuldur.
Fəxrəddin Quliyev Beyləqan rayonunda az-çox tanınan şəxslərdəndir. Onun oğluyla bağlı yayılmış video isə baş həkimi kifayət qədər hörmətdən salacaq həddədir. Hətta o da deyilir ki, məsələdən rayon rəhbərliyi xəbər tutub. Və təcili olaraq Beyləqanın baş həkiminə göstəriş verib ki, Fəxrəddin Quliyevlə bağlı tədbir görsün.
Xatırladaq ki, həmin görüntülər redaksiyamızda mövcuddur. Yaxın saatlarda videogörüntülərin qeyri-etik yerlərini çıxararaq, yayımlayacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər