BolgeXeber.Com » Ölkə » YAP-ın Neftçala rayon təşkilatının sədri ilə bağlı ilginc iddia - Bayılırmış
YAP-ın Neftçala rayon təşkilatının sədri ilə bağlı ilginc iddia - Bayılırmış
25-06-2016, 11:36
Oxunub: 3 547
İsmayıl Vəliyev Neftçalaya yeni təyin olunanda iclaslar zamanı Anar Cəfərov tez-tez bayılırmış
Bölgələrdə yaşayan insanlar problemlərini, onların hansı səbəbdən və ya kim tərəfindən yaradılması ilə bağlı mətbuata ünvanladıqları çoxsaylı müraciətlərdən oxuyuruq . Son ümid yerlərinin ölkə başçısı və mətbuat olduğunu bildirən bu insanlar yazdıqları ilə cəmiyyətə bu və ya diğər şəkildə xeyir verməyə çalışırlar.
Bəli, problemlər zamanında deyilməlidir ki, gələcəkdə daha ciddi hal almasın. Son bir neçə ayda Neftçala rayonunda yaranmış vəziyyət hakimiyyətin yuxarı instansiyaları ilə yanaşı, rayon sakinlərini də bərk narahat etməkdərdir. İşsiz insanlar, problemlər məngənəsində boğulan rayon sakinləri artıq heç kimə və heç nəyə umid bəsləmir. Üstəlik, rayonda icra başçısı İsmayıl Vəliyevin yarımçıq qalan layihələrinin fonunda öz biznes obyektlərinin çoxaldığını görən insanlar ümidlərini bir az da itirirlər. Artıq onlar yaxşı başa düşürlər ki, İsmayıl Vəliyevə Neftçala və onun kasıb sakinləri deyil, qazanc, pul, firəvan həyat və kef məclisləri lazımdır. Rayon sakinləri "göz gördüyünə inanar" deyib icra başçısının bu əməllərini aidiyyatı qurumlara və mətbuata ünvanlayırlar.
Amma burda bir incə məqam da var. Rayonda sosial problemlərlə yanaşı siyasi konturlara diqqət daha vacibdir. Əgər nəzərə alsaq ki, 1990-çı illərdə Azərbaycanın müstəqilliyi uğrunda vuruşan, azad olmaq istəyən insanlar bu rayonda yetərli qədər idi o zaman Neftçala sakinlərinin nə qədər mübariz olduğunu başa düşmək olar. Elə buna görə də, rus qoşunları Bakı ilə yanaşı Neftçalaya da soxuldu və burda qan tökdü. Bundan sonra baş verənlər isə gör qarşısındadır. İndi neftçalalılar cənab ilham Əliyevin ətrafında sıx birləşiblər və onun siyasi kursunu dəstəkləyirlər.
1991-ci ildə başsız və rəhbərsiz qalmış ölkəmizə dayaq duraraq Dövlət quruculuq işlərinə başlandı əsas siyasi xətt ölkənin müstəqilliyi, demokratiya, azadlıq, xalqın rifahı seçildi. Xalqın tələbi ilə H.Əliyev hakimiyyətə gəldi və Respublikada əmin-amanlıq yarandı.
Amma...
YAP-ın Neftçala rayon təşkilatına rəhbərlik edən Anar Cəfərov isə əməlləri ilə inkişaf edən Azərbaycanın siyası dayağı sayılan Yeni Azərbaycan Partiyasını gözdən salmağa cəhd edir. Hər həftənin sonunda inzibati ərazi nümayədəliklərini məcbur edərək müxtəlif tədbirlərin keçirilməsi adı altında xeyli məbləğdə vəsait toplanır ki, bu da insanlarda partiyaya hörmətsizlik yaradır. Onun müdaxiləsi ilə, rayondakı mərkəzi bazarda yerləşən balıq bazarında balıq və balıq məhsullarının qiyməti bahalaşdırılır. YAP-ın Neftçala rayon təşkilatının rəhbəri Anar Cəfərov əməlləri ilə sözün həqiqi mənasında ciddi narahatlıqlar yaradır. Bu mövzuda geniş araşdırlamalarımız olacaq.
P.S. İsmayıl Vəliyev Neftçalaya yeni təyin olunanda iclaslar zamanı Anar Cəfərov tez-tez bayılırmış. Amma Rayon İcra Hakimiyyəti binasına ayaq açdıqdan sonra daha bayılmır. Deyəsən, bu binada özünə "cavanlıq müalicəsi" etdirir. Amma bilmək olmaz, yaxın zamanlarda bu bayılmaq yenidən başlaya bilər. Məzən olsun, Anar Cəfərov...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər