Kompüter xarab oldu, Rusiya-Azərbaycan sərhədi bağlandı
28-06-2016, 13:37
Oxunub: 3 653
Rusiyanın Azərbaycanla sərhəddəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində yaranmış texniki problem nəticəsində minik avtomobillərinin sərhəddən buraxılması dayandırılıb
Nəticədə məntəqənin qarşısında Rusiyadan Azərbaycana gələn avtomobillərdən ibarət uzun tıxac meydana gəlib. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü Pavel Çikov özünün Twitter səhifəsində məlumat verib. Çikov özü də sərhəd-keçid məntəqəsinin bağlanması nəticəsində tıxacda qalıb.
“Yaraq-Qazmalardakı Rusiya sərhəd məntəqəsi 7 saatdan çoxdur ki, minik avtomobillərini buraxmır, kompüterin xarab olduğu bildirilir”-Çikov yazıb. Onun sözlərinə görə, sərhəddə yüzlərlə avtomobildən ibarət növbə yaranıb. “40 dərəcə isti, nə su, nə tualet, nə yemək var. Heç bir informasiya da vermirlər. Situasiya “Yuxarı Lars” Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsinin sel və sürüşmə nəticəsində bağlanması üzündən daha da mürəkkəbləşir. Faktiki olaraq bütün Qafqazın Rusiya ilə əlaqəsi kəsilib. FTX-in sərhəd idarəsi heç bir informasiya vermir”-Pavel Çikov iyunun 27-də axşam öz bloqunda yazıb.
Xatırladaq ki, “Yuxarı Lars” sərhəd keçid məntəqəsinin bağlanması nəticəsində Rusiyadan Gürcüstan istiqamətinə və geriyə hərəkət edən minik, yük avtomobilləri Azərbaycan ərazisindən istifadə etməyə başlayıb. Nəticədə Azərbaycanın Rusiya ilə sərhəd-keçid məntəqələrində yüklənmə artıb, uzun növbələr yaranıb. Belə vəziyyətdə ən çox ziyan Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarlara dəyir, onların malları gün altında qalıb xarab olur.(virtual.org)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər