BolgeXeber.Com » Ölkə »  "Azərsığorta" şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina edir - Şirkətdən qanunazidd açıqlama (Fotofakt)

 "Azərsığorta" şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina edir - Şirkətdən qanunazidd açıqlama (Fotofakt)

28-06-2016, 17:45
Oxunub: 3 040  "Azərsığorta" şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina edir - Şirkətdən qanunazidd açıqlama (Fotofakt)Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) şəhid ailəsi üçün nəzərdə tutulan sığorta pulunu ödəməkdən boyun qaçırır

Avropa.info xəbər verir ki, bu haqda redaksiyamıza Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçi Rəhimov Vahid Rasim oğlunun atası Rəhimov Rasim Əliş oğlu məlumat verib.

Rəhimov Vahid Rasim oğlu 14 aprel 1992-ci il tarixində Zərdab rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, 15 noyabr 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Onun atası Rasim Rəhimov 2014-cü ilin iyul ayının 14-də oğlu üçün kompensasiya ödənməsi ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib. Hakim Kamran Əsədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı qəbul olunan qətnamədə də Rəhimov Vahid Rasim oğlunun atası Rasim Rəhimova on bir min manat məbləğində sığorta pulu ödənməsi lazım olduğu bildirilir.

Amma bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin sığorta pulunu şəhid ailəsinə ödəməkdən boyun qaçırır.

Şəhid ailəsini süründürməçiliyə salan "Azərsığorta" pulu ödəməmək üçün hər dəfə müxtəlif bəhanələr gətirir. Rasim Rəhimov məsələylə bağlı "Azərsığorta"nın Zərdab rayon şöbəsinə də dəfələrlə müraciət edib. Amma şirkətin rayon filialının rəhbəri Tahir Qasımov hər dəfə bir bəhanə ilə şəhid atasını başından edib. O bir dəfə şirkətin balansında pul olmadığını, daha sonra isə bu məsələyə şirkətin Binəqədi rayon şöbəsinin baxması lazım olduğunu deyib.

Məsələylə bağlı "Azərsığorta"nın da mövqeyini öyrənmək istədik. Hüquq şöbəsinin rəhbəri Əfqan Mirzəyevlə əlaqə saxlamaq istəsək də, onu yerində tapa bilmədik. Şöbənin əməkdaşı Oruc Həsənxanov isə bizə bildirdi ki, doğrudur, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi şəhid ailələrinə sığorta pulu ödənməsi ilə bağlı qərar qəbul edib: "Amma bu qanun hələ ki, qüvvəyə minməyib və məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Məsələ yalnız Milli Məclisdə müzakirə olunduqdan sonra sığorta pulları ödənəcək".
Nəzərə alsaq ki, respublika ərazisində Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların bir çoxlarının ailələri artıq həmin sığorta pulunu alıblar şirkət əməkdaşının bu ziddiyyətli açıqlamasının nəyə və kimə xidmət etdiyi sual olaraq qalır.

Məsələyə münasibət bildirən vəkil Aslan İsmayılov da şirkət nümayəndəsinin açıqlamasının ziddiyyətli olduğunu və belə bir açıqlamanı ancaq savadsız adamın verə biləcəyini bildirib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarı dərhal qüvvəyə minir, müzakirə mövzusu deyil və dərhal icra olunmalıdır. O bildirib ki, sözügedən 11 min manatın heç bir şərt olmadan dərhal şəhid ailəsinə ödənməsi lazımdır.
 "Azərsığorta" şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina edir - Şirkətdən qanunazidd açıqlama (Fotofakt)
 "Azərsığorta" şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina edir - Şirkətdən qanunazidd açıqlama (Fotofakt)
 "Azərsığorta" şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina edir - Şirkətdən qanunazidd açıqlama (Fotofakt)