BolgeXeber.Com » Ölkə » “Azəravtoyol” ASC-nin idarə rəisi "müsahibə yazdı" - ALƏMİ QATDI BİR-BİRİNƏ

“Azəravtoyol” ASC-nin idarə rəisi "müsahibə yazdı" - ALƏMİ QATDI BİR-BİRİNƏ

30-06-2016, 15:19
Oxunub: 3 408 “Azəravtoyol” ASC-nin idarə rəisi "müsahibə yazdı" - ALƏMİ QATDI BİR-BİRİNƏHeç inandırıcı deyil ki, hətta Vasif Məmmədov kimi bir məsuliyyətsiz idarə rəisi belə, rəhbərlik etdiyi müəssisə ilə, tabeliyində olduğu ASC-ni səhv salsın

Bu günlərdə internet saytlarının birində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin rəisi Vasif Məmmədovun son dərəcə “maraqlı” bir müsahibəsinə rast gəlindi.

Müsahibənin ilk cümlələrindən aydın olur ki, idarə rəisi son vaxtlar özünün və rəhbərlik etdiyi qurumun yarıtmaz fəaliyyətinə dair ölkə mətbuatında, o cümlədən konkret olaraq, dərc olunan tənqidi materiallara bu yolla “cavab” vermək niyyətində olub. Amma onun bu məqsədinə nail olması heç inandırıcı görünmür. Əslində elə müsahibənin də məhz Vasif Məmmədovun sözlərindən qələmə alındığı böyük şübhə doğurur. Məsələn, heç inandırıcı deyil ki, idarə rəisi (hətta Vasif Məmmədov kimi bir məsuliyyətsiz rəis belə) rəhbərlik etdiyi müəssisə ilə, tabeliyində olduğu ASC-ni səhv salsın. Suallardan birinin cavabı isə, məhz belə qənaətə gəlməyə əsas verir.

Diqqət edin: “Sual – Vasif bəy, yol yaşıllaşdırma idarəsi neçənci ildən fərdi fəaliyyətdir? Cavab – 2006-cı ilin fevral ayından idarəmiz Nəqliyyat Nazirliyi daxilində yaradılmışdır. 2015-ci ilin dekabr ayında Prezidentin fərmanı ilə idarə “Azəryolservis” ASC kimi fəaliyyətini azad şəkildə davam etdirdi. 2016-cı ildə isə, “Azəryolservis” ASC-nin adı dəyişdirilərək, “Azəravtoyol” ASC kimi fəaliyyətini davam etdirməkdədir...” Çox maraqlıdır, görəsən bu müsahibənin müəllifi sualın 8 saylı Yol Yaşıllaşdırma İdarəsinə, cavabın isə artıq “Azəravtoyol” ASC-yə aid olduğunun fərqindəmidir? Hələ bir bizi “yoxlanılmamış” məlumatların dərc olunmasında da ittiham edirlər. Bununla belə, müsahibərə razı ola biləcəyimiz məqamlar da var. Məsələn, müəllif idarə tərəfindən aparılan “gözəlləşdirmə” işlərinin qəribə olduğunu etiraf edir. Bax bununla biz də tam razıyıq. Ümumiyyətlə Vasif Məmmədovun qəribə işləri çoxdur.

Elə bu qəribəliklər səbəbindən də idarənin fəaliyyətində müşahidə olunan qanun pozuntularının sayı getdikcə artır. Təqdim olunan açıqlamalara görə, rəis Vasif Məmmədovun tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları ucbatından, idarə hazırda öz vəzifələrinin öhdəsindən gələ bilmir. Müxtəlif mənbələrin iddialarına görə, bu gün 8 saylı Yol Yaşıllaşdırma (bəlkə “gözəlləşdirmə” deyək?) İdarəsinin resurs və potensialından məqsədyönlü şəkildə, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün səmərəli istifadə olunmur. Məlmatlara bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir.

İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Həmçinin məlumatlarda bildirilir ki, 8 saylı Yol Yaşıllaşdırma İdarəsində dövlət vəsaitlərinin “nağdlaşma” üsulu ilə mənimsənilməsinə geniş yer verilir. Teref.info Bizimdovr.az-a istinadən xəbər verir ki, idarə guya müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır.

Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Vasif Məmmədovun özünə qaytarılır. Yeri gəlmişkən, yeni alınan məlumatlarda Vasif Məmmədovun “öz müsahibəsində” xatırlatdığı, 8 saylı Yol Yaşıllaşdırma MMC-nin tinglik sahəsində baş verənlər barədə də müəyyən qəsər açıqlama verilir. Bildirilir ki, həmin sahədə yetişdirilən dekorativ ağac və kol bitkilərinin əksəriyyəti idarənin xidmət göstərdiyi əraziyə aid olan rayonlarda fərdi təsərrüfatlara satılır. Mənbə iddia edir ki, bu biznes də Vasif Məmmədovun şəxsi gəlir qaynaqları sırasında kifayət qədər əhəmiyyətli yer tutur... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.