BolgeXeber.Com » Ölkə » "Azərsığorta" rəhbərliyi kimin əmisi oğludur - Biabırçılıq...

"Azərsığorta" rəhbərliyi kimin əmisi oğludur - Biabırçılıq...

2-07-2016, 12:05
Oxunub: 3 813  "Azərsığorta" rəhbərliyi kimin əmisi oğludur - Biabırçılıq..."Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin ölkənin sığorta sistemindəki hegemon mövqeyindən sui-istifadə halları barədə yeni faktlar ortaya çıxır

Gundelik-baku.com xəbər verir ki, qanuni fəaliyyət göstərən 30-dan artıq yerli və xarici broker və sığorta şirkətlərinin əsas əməkdaşlıq bazası rolunu oynamalı olan "Azərsığorta" sığorta bazarını vətəndaşlara nümunəvi xidmət müstəvisindən ayrı-ayrı rəhbər şəxslərin mənafeyinə təslim edib. Heç bir qanuni məntiqə sığmayan belə vəziyyət əlbəttə ki, qəbuledilməzdir və digər rəqibləri inzibati məmur özbaşınalığı ilə sıradan çıxarmaq məqsədi güdür. Sığorta bazarındakı qeyri-bərabər və qeyri-sağlam rəqabət mühiti sanki "Azərsığortanın" bir qrup oliqarxlaşmış rəhbəri üçün bir varlanma vasitəsinə çevrilib. Elə sə belə şəraitdə monopoliyanın sığorta bazarındakı mövcud duruma mənfi təsirlərindən bə kim qorumalıdır? Əslinə bəzi məmurların bu məsələdə yol verdiyi liberallıq hətta maliyyə imkanlarına malik olan,sığorta əməliyyatlarında iştirakı ilə onların rentabelliyinin qorunub saxlanmasında və risklərin aparılmasında kifayət qədər can qoyan bir sıra özəl sığorta şirkətlərinə xeyli maliyyə itkiləri bahasına başa gəlir. İndiki çətin şəraitdə bunun nə demək olduğu çoxlarına bəllidir. Şirkətin fəaliyyətindən narazılıq əvvəlki kimi əsasən dövlət tərəfindən müəyyən edilmiş sığorta pullarının vətəndaşlara vaxtında verilməməsindəndir. Bəzən elə olur ki, dövlətə icbari sığorta haqqını vaxtlı-vaxtında ödəyən şəxsə zərurət yarandığı halda sığorta məbləğinin ödənişləri bilərəkdən gecikdirilir. Belə hallarlaa fərdi avtomobil sahibləri daha çox rastlaşırlar. Müəyyn qəza səbəbindən onlara ödənilməli olan sığorta pulunun ödənişində süründürməçilik artıq adi hal alıb. Bununla əlaqədar müvafiq orqanlara edilən müraciətlər isə əksər hallarda cavabsız qalır. Xatırladaq ki, "Azərsığorta"nın idarə heyətinin sədri Məmməd Məmmədov ölkənin sığorta sisteminin öz mənafeyinə uyğun qeyri-rəsmi idarə edilməsi təcrübəsinin əsasını qoyanlardan biri kimi tanınır. Ola bilsin elə bu xüsusiyyətinə görə onu xalq arasında "Sığorta Mamed" ləqəbi ilə tanıyırlar. Qeyd edək ki, uzun illər sovet dönəmində və müstəqiliyimizin ilk illərində Azərbaycan Əmanət Bankının prezidenti vəzifəsində çalışmış Məmməd Məmmədov 1993-cü ildən Dövlət Sığorta Şirkətinə rəhbərlik edir. Maraqlıdır ki, zaman-zaman Məmməd Məmmədovun şirkəti cinayətkar aləmin diqqət mərkəzində olub. Bunun hətta fasadları da ortaya çıxıb. "Azərsığorta" bossunun oğlu Əhməd Məmmədovun vaxtilə mütəşəkkil cinayətkar dəstə tərəfindən girov götürülməsi əhvalatını xatırlayın. Məlumata görə, o zaman girovun azad edilməsi üçün şirkət rəhbərindən 850 min manat pul alınıb. Bu, həmin dövr üçün kifayət qədər böyük məbləğdir. Maraqlıdır ki, bu qəzavü-qədər "Sığorta Mamed"in başına iki dəfə gəlib. Deyilənə görə şirkətin rəhbəri ikinci dəfə girov götürülmüş oğlunun azadlığına yarım milyon dollar maya buraxıb. Düzdür, bu hadisəni törədənlər sonradan müvafiq cəzalarını aldılar. Lakin heç kəs Məmməd Məmmədovdan bu qədər sərvəti hansı yolla əldə etdiyini soruşmadı. Söhbət bunda deyil. Dediyimiz odur ki, belə maliyyə piramdasının zirvəsində özüyçün var-gəl edən "sığrta Mamed" kimi bir adamın müharibənin qanı-qadasından əziyyət çəkmiş minlərlə soydaşına sığorta ödəmələrini yoluna qoymaqdan imtina etməsi dövrümüzün real dəhşətlərindəndir. Sonda daha bir məsələnin üzərində təkrar dayanmaq yerinə düşərdi. Məlumdur ki, ölkəmizin ərazi bütövlüyünun qorunması uğrunda gedən döyüşlərdə itkin düşmüş hərbçilərin ailə üzvlərinə dövlət tərəfindən sığortapulu verilməlidir.Bunun üçün qanuna müvafiq olaraq itkin düşənin ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmalıdır. 1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında xeyli sayda hərbi qulluqçumuz itkin düşüb. 1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçularımızın axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülsə də, bu məsələ hələlik tam şəkildə həllini tapmayıb. 1997-ci ildən başlayaraq itkin düşən hərbçilərin ailələri hərbi əməliyyatlarda itkin düşən ailə üzvləri barəsində sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi ilə həmin şəxsin öldüyü gün hesab olunur. Lakin problem itkin düşmüş vətəndaşların statusu ilə bağlı məsələlərin başlı-başına buraxılması səbəbindən belə ailələr sığortapulu almaq imkanından məhrumdurlar. Məsələ ondadır ki, bir sıra hallarda məhkəmələrə müraciət edənlərin qarşısına maneələr yaradan da əsasən bunda maraqlı olan "sığorta Mamed"dir. Belə ki, "Azərsığorta"nın Məmməd Məmmədov tərəfindən konkret tapşırıq almış nümayəndələri hər vasitə ilə məhkəmə qətnamələrinin itkin düşən hərbi qulluqçularının ailələrinin xeyrinə çıxarılmasını əngəlləməyə çalışırlar. Qarşı tərəfi də dinləyə bilərik.