BolgeXeber.Com » Ölkə » “Hasil” MMC qurbanları ayağa qalxdı - Video

“Hasil” MMC qurbanları ayağa qalxdı - Video

4-07-2016, 10:53
Oxunub: 3 647 “Hasil” MMC qurbanları ayağa qalxdı - Video"Hasil” MMC tikinti şirkətinin aldatdığı payçılar etiraza qalxıb

Vizual.az-ın xəbərinə görə, tikinti firması tərəfindən fırıldaqla üzləşən 279 mənzil sahibindən bir qrupu şikayətə gedib.

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin önünə toplaşan payçılar öz hüquqlarını tələb ediblər. Onların sözlərinə görə, şirkət rəhbərliyi 2008-ci ildən bəri dələduzluğa yol verərək bir mənzili bir neçə şəxsə satıblar.

"Bizə Xırdalanda ev verdilər. Amma 4 ildir ev tikilmir. Məmurlar belə dələduzlara himayəlik edirlər”,-deyə şikayətçiərdən biri bildirib. Digər narazı şəxs Avropa Məhkəməsinə qədər gecəcəyini söyləyib.

Sevda Əsgərova deyib ki, 10 il qabaq 38 min dollara ev alıb: "Pulu Elmana ödəmişik. 5 il qabaq Nazim çağırdı ki, evi verəcəm. Dedi ki, Elman tutulsa pul verilməyəcək. O vaxt mənə qol çəkdirdilər ki, şikayətçi deyiləm. Amma aldatdılar”.

Raya Məmməd qızı İdarə rəhbəri Kamran Əliyevlə görüşdən çıxandan sonra bildirib ki, şirkət rəhbərlərindən olan Adil Tağıyev gəlib, müqavilə bağlanacağına söz verib.
Bolgexeber.com