Bəzi həkimlərimiz, deyəsən, qəssablığı öyrəniblər?
5-07-2016, 13:20
Oxunub: 5 997
Ayağını kəsməyə Qarayevdə xəstəxanada 500 azn istəyiblər
İyulun 4-də müstəqil jurnalist İzolda Ağayeva öz “Facebook” səhifəsində belə bir status paylaşmışdı: “Bu gün bu şəxs Nərimanov metrosu çıxışında bankomatların qarşısında oturan gördüm. Adı İslam Abdullayevdir. Sol ayağı yara içindəydi. İlk öncə dilənçi zənn elədim. Ayağını qəsdən yaralayıb pul diləndiyini də düşündüm. Amma ayağı şiş və yara içindəydi. Soruşdum, dedi ki, şəkər xəstəsidir və ayağı amputasiya olunacaq. Yəni ayağını itirəcək. Müalicə də almayıb.
Ayağını kəsməyə Qarayevdə xəstəxanada 500 azn istəyiblər… Dövlət xəstəxanasında pulsuz müalicə ala biləcəyini desəm də güldü”. Həqiqətən də, Azərbaycanda dövlət xəstəxanasında pulsuz müalicə haqqında danışmaq – ancaq gülüşə səbəb ola bilər.
Bu gün Səhiyyə sistemində korrupsiyanın hökm sürməsi sadəcə “Polişinel sirri”dir (Jan Batist Molyerin “Yalançı xəstə” komediyasından götürülmüş ifadədir, “bütün dünyaya məlum olan sirr” mənasını verir – red.)Öyrəndiyimizə görə, “Azər Türk Med Hospital” özəl xəstaxanası dövlət həkimlərinin 500 manat istədiyi İslam Abdullayevin müalicəsini öz üzərinə götürüb.
İslam Abdullayevin həyat yoldaşı Çinarə Abdullayeva Legion.az-a bildirdi ki, “Azər Türk Med Hospital”ın həkimlərinin sözlərinə görə, İ.Abdullayevin ayağının müalicəsi mümkündür.“Dövlət xəstəxanasının həkimləri isə deyirdi ki, təcili amputasiya lazımdır”, – deyə Ç.Abdullayeva qeyd etdi.
Biz “Azər Türk Med Hospital”ın baş həkimi Şahrud Əhmədovla danışdıq. O da qeyd etdi ki, İslam Abdullayevin ayağını amputasiya etməyə ehtiyac yoxdur.“Hazırda zərər çəkən ayağın tədqiqatı aparılır”, – deyə Ş.Əhmədov Legion.az-a bildirdi.
Xatırladaq ki, İyunun 24-də yayılan məlumatlara görə, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Valeh Kərimov APA-ya açıqlamasında deyib ki,əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib. Onsuz da xəstənin sol ayağı da kəsilməlidir (APA).
“Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə” İctimai Birliyinin sədri Novella Cəfəroğlu Legion.az-a bildirdi ki, Səhiyyə Nazirliyindəki vəziyyət acınacaqlıdır.“Azərbaycan həkimləri xəstələrdən sağlam bədən hissələrini amputasiya edirlər. Bizim xəstəxanalarda uşaq ölümləri adi hala çevrilib. Baş verənlərin səbəbi Səhiyyə Nazirliyində hökm sürən korrupsiyadır”, – deyə N.Cəfəroğlu qeyd etdi.Onun fikrincə, azərbaycanlı həkimlərə elə maaş verirlər ki, ona yaşamaq mümkün deyil. “Amma bu, onlara xəstədən pul tələb etmək haqqı vermir”, – deyə hüquq müdafiəçisi Legion.az-a açıqlamasında əlavə etdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər