BolgeXeber.Com » Ölkə » Ağdamda bir ailənin mülkiyyəti necə əlindən alınıb? - ŞİKAYƏT

Ağdamda bir ailənin mülkiyyəti necə əlindən alınıb? - ŞİKAYƏT

11-07-2016, 14:07
Oxunub: 2 952 Redaksiyamıza Ağdamın Evoğlu kənd sakini Məmmədova Aqiyə Qamboy qızı tərəfindən şikayət məktubu daxil olub.

Avropa.info xəbər verir ki, 75 aşlı şikayətçi A. Məmmədova ona məxsus olan torpaq sahəsinin mənimsənilməsi faktından şikayətçi olduğunu bildirir.

Ağdamda bir ailənin mülkiyyəti necə əlindən alınıb? - ŞİKAYƏTMəmmədovlar ailəsi məsələ ilə bağlı bir çox dövlət qurumuna məktub ünvanlasa da hələ ki, heç bir müsbət nəticə əldə olunmayıb

Onun sözlərinə görə həmin torpaq sahəsi və içərisindəki 4 otaqlı tikili onun qayınatası Məcid Məmmədovun şəxsi mülkü olub.

Məcid Məmmədovun 1941-ci ildə Böyük Vətən müharibəsinə yollanmasından sonra isə həmin tikili uşaq bağçası və anbar kimi istifadə olunub.

Daha sonra 1991-ci ildə Aqiyə Məmmədovanın qayınanası Abuzənnə Cahangir qızı Məmmədova 1991-ci ildə Məhkəmə qarşısında iddia qaldıraraq Rayon Təhsil Şöbəsinin həmin torpaq sahəsini və içində bağça kimi istifadə olunan tikilini özünə qaytarmasını istəyib.

1991-ci ilin noyabr ayının 5-də baş tutan məhkəmə iclası zamanı Abuzənnə Məmmədovanın şikayəti təmin olunaraq həmin torpaq sahəsinin ona qaytarılması haqda qərar qəbul olunub.

Bundan sonra həmin tikilidə Aqiyə Məmmədovanın oğlu yaşamağa başlayıb. Amma məhkəmə ailədən gələcək illərdə həmin ərazidə bağça tikiləcəyini və müvəqqəti bağçanın onların mülkü olan tikilidə saxlanmasını xahiş edib.

Amma 2014-cü ildə bələdiyyə torpağında bünövrəsi qoyulan yeni bağçanın tikintisinin başa çatmasına baxmayaraq sözügedən torpaq və içindəki tikili Məmmədovlar ailəsinə geri verilmir.

Ağdam rayon icra hakimiyyətinin başçıdı Raqub Məmmədov məsələylə bağlı məhkəməyə müraciət edən Aqiyə Məmmədovanın oğlu Möhübbət Məmmədovu yanına çağıraraq şikayətini geri götürməsini ondan xahiş edib və ona zəmanət verib ki, yeni bağça tikilib qurtardıqdan sonra onların torpaq sahəsini özlərinə qaytaracaq.

Məmmədovlar ailəsi məsələ ilə bağlı bir çox dövlət qurumuna məktub ünvanlasa da hələ ki, heç bir müsbət nəticə əldə olunmayıb.

Möhübbət Məmmədov bundan sonra vəkilə müraciət etdiyini deyir. Vəkil isə öz növbəsində onlara əllərində qətnamənin olduğunu və faktiki torpağın onlara məxsus olduğunu deyib. M. Məmmədovun sözlərinə görə o ikinci dəfə vəkilin yanına gedərkən vəkil ona qarşı təzyiqlərin olduğunu və bu məsələdə Məmmədovlar ailəsinə heç bir kömək edə bilməyəcəyini deyib.

Möhübbət Məmmədov məsələyə rayon sakini Arzuman Əliyev, bağça müdirəsi Ramilə Qasımova və kəndin icra nümayəndəsi Arzuman Muradovun maneçilik törətdiklərini deyir. Onun sözlərinə görə bu şəxslə torpaq sahəsinin Məmmədovlar ailəsinə qaytarılmasının qarşısını alaraq həmin torpaq sahəsini mənimsəmək niyyətindədirlər.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Ağdamda bir ailənin mülkiyyəti necə əlindən alınıb? - ŞİKAYƏT