Metropoliten rəhbərliyi ilə icra başçıları arasında ərazi davası
12-07-2016, 10:40
Oxunub: 4 360
Metro stansiyalarının ətrafında hər hansı br köşk, yaxud dönərxana, ictimai-iaşə obyekti açılan kimi Metropoliten rəhbərliyi ilə ərazinin aid olduğu rayon icra hakimiyyəti arasında münaqişə yaranır
Metropoliten rəhbərliyi əsaslandırmağa çalışır ki, metro stansiyalarının ətrafındakı 25 metrlik ərazi bu quruma aiddir. Və qurumun icazəsi olmadan həmin ərazidə nəsə inşa etmək olmaz. Rayon icra hakimiyyətləri isə Metropoliten rəhbərliyini bu iddiasını nəzərə almadan həmin 25 metrlik ərazidə müxtəlif obyektlərin açılmasına qanunsuz sərəncam verir. Belə olan halda hər iki qurum arasında münaqişə, hətta dava düşür. Bu yaxınlarda Xətai metro satansiyasının düz çıxışında yeni bir dönərxana istifadəyə verildi. Elə həmin gün vətəndaşların gözü qarşısında Xətai icra nümayəndəsi ilə Metropoliten nümayəndəsi bir-birinə xoşagəlməz ifadələr söyləyirdi. Əlbəttə söhbət qanunçuluğa əməl etməkdən deyil, obyekti açmaq üçün verilən rüşvətin necə bölünməsindən gedir. Adının çəkilməsini istəməyən Metropoliten işçisi NUH.az-ın əməkdaşına bildirib ki, metrostansiyalarının 25 metrlik ətrafı xırda iaşə obyektləri ilə elə hörülüb ki, sabah metro satansiyasında hər hansı bir yanğın baş versə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bura necə daxil olacaq..? Doğrudan da haqlı sualdır. Qoy bu suala hər iki qurumun rəhbərliyi aydınlıq gətirsin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər