BolgeXeber.Com » Ölkə » "Lalafo" məmur biznesidirmi? - Qurucusu danışdı

"Lalafo" məmur biznesidirmi? - Qurucusu danışdı

12-07-2016, 19:55
Oxunub: 4 021 "Lalafo" məmur biznesidirmi? - Qurucusu danışdıSon zamanlar reklamları ilə demək olar ki, evimizə qədər gələn Lalafo, bazarda kifayət qədər söz-söhbətə səbəb olub

İstər reklam strategiyaları, istərsə də reklam xərcləri hamı tərəfindən müzakirə olunur. Son günlər isə sosial şəbəkələrdə bəzi mütəxəssislər "Lalafo"nun əslində Azərbaycanda hansısa yüksəkranqlı məmura məxsus olması haqqında iddialar irəli sürməyə başladı. Yayılan söz-söhbətə aydınlıq gətirmək üçün Azərbaycanın "Technote" saytı "Lalafo"nun ortaq qurucusu və icraçı direktoru olan Kostiantyn Miska ilə yazılı müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:

- İlkin olaraq bu ideya üzərindən neçənci ildə fəaliyyətə başladınız və fəaliyyətə başlayanda planınızda Azərbaycan var idimi?

- "Lalafo" beynəlxalq brend kimi 2016-cı ilin yanvarından fəaliyyət göstərir. Bundan əvvəl biz Asiya regionunda müxtəlif brendlər adı altında bir neçə bazarda fəaliyyət göstərmişik. Bizim yanaşmamız ilk olaraq marketləri test etməkdir. Təbii ki, Azərbaycan böyük potensialı olan marketdir. Azərbaycan da daxil olmaqla digər bir çox ölkələrdə proyektə başlayanda testlər edirdik.

- Biznesinizə ilkin yatırımı nə zaman aldınız? Əgər sirr deyilsə, bu neçənci ildə baş verdi?

- Təəssüf ki, bu barədə açıqlama verə bilmərik.

- Bəzi insanlar sizin şirkətin məmurlara - dövlət idarəçilərinə sahib olduğunu, yaxud həmin mənbələrdən maliyyələşdiyini deyir. Bu nə dərəcədə doğrudur? "Lalafo" əslində kimə məxsusdur?

- Bu, doğru deyil. Bizim şirkətimiz mərkəzi Kiyevdə olan beynəlxalq şirkətdir. Biz dünyanın müxtəlif sahələrində online klassifikasiya xidməti göstəririk. "Lalafo" brendi isə "Yalla Classifieds"a məxsusdur.

- Reklam strategiyanız və reklamlarınız çox söz-söhbətə səbəb olur. Bunu bilərəkdən edirsiniz? Bu haqda nəsə demək istərdinizmi?

- Biz müxtəlif ölkələrdə online elan təcrübəsinə malik olduğumuz üçün bu bizim üçün yeni deyil, ona görə də bizim strategiyamız söz-söhbətlərə səbəb olur. Məsələn, yeni bir brend üzə çıxır və bir bazar kompaniyası başladır. İnsanlar bundan sonra onun haqqında danışmağa başlayır. Bu yeni bir şey deyil. Bizim fikrimizcə isə biz burada yeni brend deyilik. Biz öz kateqoriyamızda ilk brendik. Bizim məqsədimiz bu kateqoriyanı Azərbaycanda yaratmaqdır. Biz görürük ki, insanların bizim təqdim etdiyimiz kimi bir servisə ehtiyacı var. İnkişaf etməkdə olan bazarlarda sistemli şəkildə fəaliyyət üçün şərait olmur. Kimsə bu bazarı yaradıb birinci olmaq istəyir. Təbii ki, biz hal-hazırda bir çox yeni rəqiblər görürük. Biz artıq təkcə məlumatsızlarla üzləşmirik, bazardan anlayanların sayı artıb. Buna görə də bizim reklam strategiyamız bu qədər sərt görünür.

- Bazarda kifayət qədər rəqibiniz var. Rəqiblər haqqında nə deyə bilərsiniz? Lalafo digər rəqiblərindən əsasən nəyi ilə fərqlənir?

- Bizim məqsədimiz satıcı ilə alıcı arasındakı münasibətləri ən qısa zamanda həll etməkdir. Biz uzun zamandır görürük ki, bunu bacara bilmək üçün fərqli şəkildə rəqabətə ehtiyac yoxdur.

- Görüşlərin birində açıqladığınız statistikalar və saytınızdan olan alış-verişlər çox müzakirələrə səbəb olmuşdu. Siz bitmiş əməliyyatları nəyə əsasən hesablayırsınız?

- Biz alış-veriş mərkəzi deyilik və bizim tranzaksiyalı biznes modelimiz yoxdur. Bizim vəzifəmiz satıcının məlumatlarını alıcıya ötürməklə onların görüşməsinə şərait yaratmaqdır. Təbii ki, bizim effektivliyimizi ölçmək üçün metodlarımız var. Onlardan biri "satıcı ilə əlaqə saxlamaq”dır. Bununla onların servisimiz haqqında rəylərini və məmnunluq dərəcələrini öyrənirik.
"Lalafo" məmur biznesidirmi? - Qurucusu danışdı
"Lalafo" məmur biznesidirmi? - Qurucusu danışdı
"Lalafo" məmur biznesidirmi? - Qurucusu danışdı