BolgeXeber.Com » Ölkə » Xızıda da torpaqlar başçıya məxsusdur - NARAZILIQ VAR...

Xızıda da torpaqlar başçıya məxsusdur - NARAZILIQ VAR...

14-07-2016, 10:30
Oxunub: 2 201  Xızıda da torpaqlar başçıya məxsusdur - NARAZILIQ VAR... Xızıda rayon icra aparatının başçısı Xəzər Aslanovun komandası qanunsuz əməllərini davam etdirməkdədir

Bu barədə gundelik-baku.com-a rayondakı mənbələrdən məlumat daxil olub. İcra başçısı yaxın çevrəsindəki şərikləri Azər Əlizadə və Arzu Əzizovla birlikdə fermerlərin pay torpaqlarını zorla ələ keçirmək yolunu tutub. "Üçlük" öz məqsədlərini həyata keçirmək üçün hətta ilkin olaraq torpaq islahatlarının aparıldığı xəritəyə də əl gəzdirməkdən çəkinməyib. İcra başçısının rəvac verdiyi sürüşdürmələr səbəbindən artıq rayonun Giləzi qəsəbəsi ərazisindəki dənizkənarı pay torpaqları qanunsuz olaraq ələ keçirilib. Eyni üsula rayonun Baxşılı kəndindəki ərazilərin də qanunsuz şəkildə əsl sahiblərindən müxtəlif bəhanələrlə alınması üçün hər cür üsullara əl atılır. Əldə etdiyimiz məlumata görə, vaxtilə kənd bələdiyyəsi tərəfindən sənədləşdirilmiş pay torpaqları Baxşılı kəndinin xəritəsi dəyişdirildikdən sonra sahiblərindən zorla alınmağa başlayıb. Belə ki, Baxşılıda seyid kimi tanınan Böyükağa adlı fermerin də torpaqlarına Azər Əlizadə bu yolla sahib çıxa bilib. Ümumiyyətlə, Azər Əlizadə kəndlərdə vaxtilə istifadəyə verilmiş su hövzələrinin də ələ keçirilməsinin təşkilatçısıdır. Azər Əlizadə rayon icra aparatı sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, tanınmış saxtakar (onun saxtakarlıqları barədə əlimizdə kfayət qədər məlumat var) Namiq Quliyevin dəstəyi ilə vaxtilə Almaniya Əməkdaşlıq Təşkilatı tərəfindən yerli əhalinin su ehtiyaclarının təminatı məqsədilə tikilmiş yeganə su hövzəsini də ələ keçirərək. ərazisini öz qohumlarına satıb. Bu özbaşınalıqların müqabilində qanuni hüquqlarını ortaya qoya bilməyən Baxşılı kənd camaatı isə təhdid olunur. Yeri gəlmişkən, kəndindəki stadionun ərazisi də bu sayaq qanunsuz metodlarla "özəlləşdirilib". Rayon icra aparatının rəhbərliyi qanunsuz əməllərini həyata keçirmək üçün hətta yerli bələdiyyələrin də fəaliyyətinə qanunsuz müdaxilələr edir. Rayon icra aparatı başçısının birbaşa göpstərişi ilə Baxşılı bələdiyyəsinin tərkibində aparılan qanunsuz dəyişikliklər buna sübutdur. Belə ki, kəndin ərazisində aparılan zəbtetmələrlə razılaşmayan bələdiyyə sədrləri vəzifədən kənarlaşdırılıb. İcra başçısının göstərişi ilə Baxşılı kəndinə artıq üçüncü bələdiyyə sədri təyin edilib. Xızıda düşünürlər ki, Xəzər Aslanov əslində özündən əvvəlki icra başçısı Vaqif Abdullayevin qanunsuz əməllərinin davamçısıdır. Qeyd edək ki, rayonun Tıxlı kəndi ərazisində yerli sakinlərə məxsus Həsən bulağı 2012-ci ilədək olan dövrdə rayona rəhbərlik etmiş Vaqif Abdullayev tərəfindən ələ keçirilib. Hazırda Beyləqanda icra aparatının rəhbəri vəzifəsində çalışan Vaqif Abdullayev bulağı şəxsi istrahət mərkəzi kimi iistifadə etdiyi "Bulaq" kafesinə çevirib. Məlumata görə, Vaqif Abdullayevin vaxtında onun əməlləri ilə hesablaşmayan kənd sakinlərindən hətta cibinə nəşə atılıb tutulanlar da olub. Belə ki, bulağın yerləşdiyi əraidəki bağların əsl sahiblərindən iki nəfəri vaxtilə etrazlara görə həbsə atılıb. Bütüun bu özbaşınalıqlara dözməyən yerli yaşıllaşdırma müəssisəsinin rəhbəri Elbrus Əliyev o azamankı başçı Vaqif Abdullayev tərəfinən döyülərək təhqir edilmişdi. Görünür, Xəzər Aslanov, Azər Əlizadə və Arzu Əzizov "üçlüyü" üçün bu əməllər "örnək" rolunu oynayır. Əgər belə olmasaydı, icra başçısının mənhus komandası rayon fermerlərinin torpaqlarına ortaqlığa belə cürət etməzdi. Xızı rayonunda Yaponiya səfirliyinin maddi dəstəyi ilə gerçəkləşdirilmiş və Xızının icra hakimiyyəti ilə razılaşdırılmış layihəyə əsasən "Azərsu" ASC tərəfindən inşa edilmiş kanalizasiya xətti bəzi maraqlı şəxslərin tapşırığı əsasında bilərəkdən içməli su hövzəsi üzərindən keçirilib. Belə ki,hələ 1927-ci ildə Məşədi Səttar tərəfindən əsası qoyulmuş və oğlu, müharibə dövründə Xızı rayon "Qızıl ulduz" qəzetinin baş redaktoru olmuş Ağası Tıxlı tərəfindən inşa edilmiş bulağın kanalizasiya suları ilə çirkləndirilməsi təhlükəsi yaranıb.. Qeyd edək ki, həmin bulaq təkcə Tıxlı kəndinin deyil, ümumilikdə Xızı şəhərinin su ehtiyaclarının ödənilməsində müstəsna əhəmiyyətə malikdir. Yeri gəlmişkən, rayonun kanalizasiya və su problemlərinin həlli üçün ayrılmış milyonlarla manat büdcə vəsaiti Xəzər Aslanovun əlaltıları tərəfindən həzm edilib. Nəticədə bu gün Xızının mərkəzi hissəsi tamamilə sudan korluq çəkir. "Hanı bə bu məqsədlərə sərf edilən milyonlar?" sualının isə sanki sudan quru çıxmış Xəzər Aslanova aidiyyatı yoxdur. Bəlkə Prezident Adminstrasiyasında bu məsələdən bixəbərdirlər? Onu da qeyd edək ki, kanalizasiya xəttinin Tıxlı kəndindəki qədim bulağın üzərindən keçirilməsinə etiraz səsləri dəfələrlə qaldırılıb. Bu yaxınlarda Tıxlı kəndinin ərazsindəki bağların sahibləri ilə "Azərsu"nun işçiləri arasında hətta insident də yaşanıb.Yerli sakinlər bu biabırçılıqla bağlı ölkə rəhbərliyinə müraciət edəcəklərini bildiriblər.Araşdırmalar nəticəsində məlum olub ki, kanalizasiya xətti məqsədli şəkildə həmin ərazidən keçirilib. Belə ki, əsas məqsəd kanalizasiya xəttini rayon icra aparatı ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Arzu Əzizovun zəbt etdiyi və vaxtilə rayonun peşə məktəbinin təlim mərkəzinə ayrılmış 100 hektar torpaq sahəsindən keçirməklə əlavə maliyyə dvidendləri əldə etmək olub. Özünü Xızı rayonunun sahibi kimi aparan hakimi-mütləq Xəzər Aslanovun "troyka"sı öz qanunsuz əməlləri ilə yerli əhalini hakimiyyətdən narazı salmaq yolunu tutub. Şübhə yoxdur ki, bu əməllər yaxın zamanlarda ölkə rəhbərliyi tərəfindən ifşa olunacaq.