Xalq artistindən nazirliyə ittiham: - "Bir qəpik də verməyəcəyəm"
15-07-2016, 14:01
Oxunub: 3 617
Xəbər verdiyimiz kimi, ötən ay Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlayıb
Adı borclular siyahısında olan tanınmışlardan biri də xalq artisti Gülyanaq Məmmədovadır. O, saytımıza açıqlamasında Vergilər Nazirliyini ittiham edərək, indiyədək vergi borcunu ödədiyini, dövlətə borclu olmadığını demişdi.
Üstündən bir ay vaxt keçsə də, xalq artisti hələ də vergi borcunu ödəməyib.
Bolgexeber.com bildirir ki, G.Məmmədova azvision.az-a açıqlamasında ona yazılan 5200 manat borcu imkansızlıqdan ödəyə bilmədiyini deyib.
"Qanuni vergi borcum nədirsə, onu ödəyirəm. Yazılan 5200 manata gəldikdə isə onu ödəmək imkanım yoxdur. VÖEN-im nə vaxtdan aktivdirsə, o vaxtdan ödəyirəm. 5200 manatı isə ödəmək niyyətində deyiləm. Deyilənə görə, üstünə faiz gəlir. Buna baxmayaraq, heç maraqlanmıram da. Mənə ən çox təsir edən adımın vergidən boyun qaçıran müğənni kimi siyahıya salınmasıdır. Mən boyun qaçırmamışam axı. Bu ayın 20-də 3 aylıq vergi borcumu ödəyəcəyəm. 5200 manata gəldikdə isə bir qəpik də vermək fikrim yoxdur".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər