BolgeXeber.Com » Ölkə » Nazir oğlu Yunanıstanda ada alıb - İDDİA

Nazir oğlu Yunanıstanda ada alıb - İDDİA

18-07-2016, 12:31
Oxunub: 3 021 Nazir oğlu Yunanıstanda ada alıb - İDDİAGənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovla bağlı son vaxtlar bir-birindən maraqlı xəbərlər yayılmaqdadır

Paytaxtımızda keçirilən «Formula-1» yarışlarından sonra isə nazir oğlunun adı tez-tez mətbuatın gündəminə gəlməyə başlayıb. Nəzərinizə çatdırmaq istəyirik ki, Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Gundelik-baku.com xatırladır ki, bir müddət öncə məmur oğlunun "dibçək biznesi" barədə mətbuatda geniş məlumat yer alıb: «İyulun 17-19-da Bakıda keçirilən “Formula - 1” Qran-Pri yarışlarından öncə paytaxtın bir çox yerlərində abadlıq işləri aparıldı, pilotların keçəcəyi küçələrə baxan eyvanlar, binaların fasadları, yol kənarları bəzədilirdi. Hətta pilotların keçəcəyi küçələrə baxan balkonlara təbii gül dibçəkləri də qoyulurdu. Bütün bunlar fakt olsa da, "Formula-1" üzrə Bakı "Qran Pri"sinin təşkilatçısı Azad Rəhimovun oğlu Arif Rəhimovun rəhbərlik etdiyi "Baku Grand Prix" şirkəti onu təkzib edir, deyilənlərin həqiqəti əks etdirmədiyini bildirirdi. Bu işlərin “Formula 1”lə əlaqəsinin olmadığını, onların şəhərin gözəliyinə xidmət etdiyini bildirirdi. Balkonlara düzülmüş dibçəklərin yığışdırılması ilə bağlı xəbərlər yayılır, sosial şəbəkələrdə fotolar paylaşılır. Demək ki, məqsəd heç də Bakını gözəlləşdirmək deyilmiş. Məqsəd şəhərimizi avropalıların gözünə gözəl göstərmək imiş. İşlərini gördülər, dövlətin milyonlarını havaya sovurdular, qonaqlar gedən kimi dibçəklərini də yığışdırıb aradan çıxdılar. Ortada dövlətin havaya sovrulmuş 100 milyonlarla manatının hesabatı qaldı. Azad Rəhimov və oğlunun dediyi kimi, bu dibçəklər şəhərin gözəlliyinə xidmət edirdisə, "Formula - 1" bitən kimi onları niyə yığışdırmağa başladılar? Bəlkə, Azad Rəhimov milyon dollarla dəyəri olan villalarının hasarlarını bu dibçəklərlə bəzəmək qərarına gəlib?». Maraqlıdır ki, nə nazir, nə də oğlu bu ittihamlara cavab verdilər. Özəl mənbələrdən gundelik-baku.com-a verilən məlumatlara görə, nazirin oğlu bu yaxınlarda Yunanıstanda 10 milyon avroya ada alıb. Deyilənə görə, məmur övladı alqı-satqı işlərini köməkçisinin vasitəsilə həyata keçirib. Adanın adı dəqiq açıqlanmasa da, alqı-satqı işinin artıq rəsmiləşdiyi bildirilir. Mövzu ətrafında araşdırmalarımız davam edir. Yeni bilgilər əldə edən kimi sizinlə də bölüşəcəyik. Qarşı tərəfi də dinləyə bilərik.