BolgeXeber.Com » Ölkə » Oğuzda satmadığı yer qoymadı... - NARAZILIQ VAR...

Oğuzda satmadığı yer qoymadı... - NARAZILIQ VAR...

19-07-2016, 12:05
Oxunub: 3 415 Oğuzda satmadığı yer qoymadı... - NARAZILIQ VAR...Oğuz rayonunda nələr baş verir?

Oğuz rayonu günü-gündən "zəpt” olunur!... Sakinlər bildirirlər ki, artıq kəndlərin əraziləri icra hakimiyəti tərəfindən sahibgarlara satılaraq tikanlı məftillərlə məftillənərək sakinlərin girişinə qadağa qoyulub. Allahın Xalqımıza bəxş etdiyi təbiyət mənzərələrin sakinlərə Rayon İcra Hakimiyyəti çox görür.
Belkə ki, Oğuz rayonunun gözəl və su olan əraziləri rayon rəhbərliyi tərəfindən dövlətlər arasında sərhədləri bölən tikanlı məftillərlə bölünməsini rayon sakinləri iddiya edirlər.

Bu iddiyalara aydınlıq gətirmək üçün Xeberbiz.az-ın əməkdaşı araşdırma aparmaq məqsədi ilə Oğuz rayonunda olub. Oğuz rayon Xalxal kənd ərazisi rayon rəhbərliyi tərəfindən satılması nəticəsindən obyektlər tikilərək yerli kənd sakinlərinin əlindən alınmasının şahidi olduq.

Çay yaxasında tikilən istirahət obyektləri kənd sakinləri ilə yanaşı istirahətə gedən az təminatlı ailələrin su (çay kənarı) yaxınlığında düşüb istirahət etməklərinə qəti şəkildə icazə verilmir. Su (çay kənarı) yaxınlığında düşüb istirahət etmək üçün hər bir "məftillə tikanlanmış meşə massivinin "sahib””inə 40-60 manat civarında pul ödəməlisən, əks halda çay kənarına buraxılmayacaqsan!

Maraqlısı odur ki, adları müxtəlif olan obyektlər "Şahdağ” Milli Parkı ərazisindədə yerləşir. "Şahdağ” Milli Park ərazisi başlayan hissədə solğun, diqqət çəkməyən şəkildə belə bir elan yazılıb:
"Şahdağ” Milli Parkı DÖVLƏT TƏRƏFİNDƏN QORUNUR.

ƏRAZİYƏ GİRİŞ QADAĞANDIR!

Gördüyümüz bu xəbərdarlıq yazısından sonra sakinlərin bildirdiyi kimi Oğuz rayon İcra Hakimiyyəti başçısı Eyvaz Qurbanov tərəfindən satılmış ərazilərdə tikilən obiyektlər başlayır.

Bu obyektlərdəndə biri "Şəlalə Farel” dir. "Şahdağ” Milli Parkı Dövlət Qoruğunun hektarlarla meşə massivi qırılaraq"Şəlalə Farel” İstirahət obyekti tikilib.

Qurban Eyvazovun sayəsində "Şahdağ” Milli Parkının ərazisində "Şəlalə Farel” kimi obyektlər çoxdur.

"Şahdağ” Milli Parkı DÖVLƏT TƏRƏFİNDƏN QORUNUR yazısından sonra qoruğa girişdə yolun solunda diqqət çəkməz şəkildə yazılıb: "MEŞƏNİ YANĞINDAN QORUYAQ”

Bu obyektlər içində meşəni yanğından necə qorumaq olar?

"Şahdağ” Milli Parkının matəm günlərini yaşamaqda davam edir. Belə getsə gələcəkdə "Şahdağ” Milli Parkı adlı təbiət mənzərəsindən bizlərə boş sahələr və sel gətirən böyük qayalar qalacaq.

Qarşı tərəfi mövqeyin dərc etməyə hazırıq.(Mənbə: Xeberbiz.az)
Oğuzda satmadığı yer qoymadı... - NARAZILIQ VAR...
Oğuzda satmadığı yer qoymadı... - NARAZILIQ VAR...
Oğuzda satmadığı yer qoymadı... - NARAZILIQ VAR...
Oğuzda satmadığı yer qoymadı... - NARAZILIQ VAR...