Azərbaycanda ana olan məktəbli qızlar - Dəhşətli statistika
19-07-2016, 16:15
Oxunub: 4 222
Azərbaycanda nikah yaşı çatmayan qızlar tərəfindən doğulan körpələrin sayı məlum olub
2015-ci ildə nikah yaşı çatmayan 15-17 yaşlı qızlar tərəfindən 3 minə yaxın körpə dünyaya gəlib.
Statistika Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə 166,2 min körpə qeydə alınıb.
Məlumatda bildirilib ki, ötən il doğulan körpələrin 2895 nəfəri 15-17 yaşda qadınlar tərəfindən dünyaya gətirilib. Onlardan 1003 nəfəri şəhər, 1892 nəfəri isə kənd yerləri üzrə qeydə alınıb.
Ailə Məcəlləsinə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilir. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Cinayət Məcəlləsinə əsasən nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər