BolgeXeber.Com » Ölkə » Bakıda çimərliklərə giriş neçəyədir və pula nələr daxildir?

Bakıda çimərliklərə giriş neçəyədir və pula nələr daxildir?

20-07-2016, 09:23
Oxunub: 3 189 Bakıda çimərliklərə giriş neçəyədir və pula nələr daxildir?Nardaranda yerləşən "Sea Breeze hotel" qiymətlər həftənin bütün günü üçün 20 manatdır

Artıq bir müddətdir ki, çimərlik mövsümünə start verilib.

Bununla bağlı Axşam.az saytı Bakıda yerləşən məşhur istirahət mərkəzlərinin xidmətləri və qiymətlərilə bağlı kiçik araşdırma aparıb.

Ötən ilə nisbətən çimərliklərə girmə qiymətlərində dəyişikliklər müşahidə olunub.

Mərdəkanda yerləşən "Dalga Beach-Aqua Park" istirahət mərkəzinə girişin qiyməti həftəiçi 25 AZN, şənbə-bazar günləri isə 35 AZN-dir. 6 yaşa kimi uşaqlar üçün ödəniş edilmir. 6 yaşdan yuxarı uşaqlar üçün 15 AZN ödəniş olmalıdır.

Nardaranda yerləşən "Sea Breeze hotel" qiymətlər həftənin bütün günü üçün 20 manatdır. 10 yaşadək uşaqlara isə giriş pulsuzdur.

"Nar & Sharab" restoranının xidmətlərindən də istifadə etmək mümkündür. Girişin qiyməti 15 AZN-dir. Bu məbləğə hovuz, duş kabinəsi, «lejanka», dəsmal daxildir.

Hövsanda yerləşən “Halikarnas Balıkçısı”nda həftənin bazar ertəsi xanımlar üçün giriş pulsuzdur. Qalan günlər isə 10 manatdır. Bura dəsmal, “lejanka” və çətirli masa daxildir.

Novxanıda yerləşən "Af Hotel Aqua Park"a girişin qiyməti 15 AZN-dir. 12 yaşdan yuxarı uşaqlar üçün 10 manat ödənilməlidir. 2 yaşına kimi uşaqlara isə giriş pulsuzdur. Qiymətə əyləncəli oyunlar, “lejanka”, axşamlar açıq havada diskoteka daxildir.

Bilgəh qəsəbəsində yerləşən "Amburan" çimərlik mərkəzinə girişin qiymətləri fərqlidir. Belə ki, bazar ertəsi 18 AZN, cərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 20 AZN, həftəsonu isə 25 AZN-dir. 7 yaşa qədər olan uşaqlara giriş pulsuzdur. Bu qiymətə hovuz, adi "lejanka", futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25 manat ödəməlidirlər.

Bilgəhdə yerləşən "Jumeirah hotel Baku"ya girişin qiyməti həftəiçi 25 AZN, həftəsonu 35 AZN-dir. Boyu 1,20 santimetr olan uşaqlar üçün həftəiçi 15, həftəsonu 25 manat ödənilməlidir.

“Mambo beach club”a həftəiçi giriş 15 manat, həftəsonu isə 20 manatdır. Hər ailədən 6 yaşa qədər olan 1 uşaq ödənişsizdir. Qiymətə çimərlik, açıq hovuz, soyunub-geyinmə otağı, duş kabinələri, çətir, VİP çadırlar, “lejanka” daxildir. Ayrıca dəsmal və açarlı dolab üçün 15 manat ödənilməlidir.

“Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 30 manatdır.