BolgeXeber.Com » Ölkə » Havalar soyuyur, yağış yağacaq - Nazirlikdən xəbərdarlıq

Havalar soyuyur, yağış yağacaq - Nazirlikdən xəbərdarlıq

21-07-2016, 15:34
Oxunub: 2 534 Havalar soyuyur, yağış yağacaq - Nazirlikdən xəbərdarlıqİyulun 22-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti əsasən yağmursuz, az buludlu olacaq

Bolgexeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, şimal-qərb küləyi əsəcək. Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 32-36, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

Xəbərdarlıq: İyulun 22-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6° aşağı enəcək. Tibbi-meteoroloji proqnoz: İyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitində əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 26-31 isti olacağı gözlənilir.

Xəbərdarlıq: İyulun 22-si axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 22-23-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.