Yeni rəhbərlik müəllimlərə təzyiq edir - BSU-da "təmizləmə"...
26-07-2016, 11:32
Oxunub: 3 409
Məlum olduğu kimi, Bakı Slavyan Universitetində (BSU) kadr islahatları başlayıb
BSU-nun iki yüksək vəzifəli əməkdaşı işdən azad olunub. Bunlar BSU-nun Kadrlar və Beynəlxalq Əlaqələr şöbələrinin müdirləridir. Bundan başqa, onlarla əməkdaş BSU-dakı vəzifələrindən azad olunmaqla bağlı ərizələr yazıblar.
Yeni rektor təyinatından sonra BSU-nun inzibati binasında təmir işlərinə də başlanılıb.
BSU-nun mətbuat katibi Adil Əliyev açıqlamasında Kadrlar və Beynəlxalq Əlaqələr şöbələri rəhbərlərinin işdən çıxarıldığını təsdiqləyib: "Onlar ərizə yazaraq öz xahişləri ilə vəzifələrindən azad olunublar”.
BSU sözçüsü digər əməkdaşların işdən çıxması barədə ərizə yazmasına münasibət bildirməyib. Bununla belə, o, universitetdə təmir işləri aparıldığını da təsdiqləyib.
Xatırladaq ki, bu il iyunun 23-də Nurlana Əliyeva BSU-ya rektor təyin olunub. Yeni rektor mətbuata açıqlamasında kadr dəyişikliklərinin olacağını bəyan edib.
Bununla bağlı DİA.AZ-a daxil olan informasiyada isə qeyd olunur ki, yeni rəhbərlik əslində ərizə yazaraq işdən çıxmaları üçün 20-yə yaxın müəllimə xəbərdarlıq etdikdən sonra onlar ərizə yazmalı olublar.
Mənbənin söylədikləri: "Yəni, bütün bunlar könüllülük əsasında baş tutmayıb. Hətta hədələnən müəllimlər də olub. Onlara deyilib ki, əks halda barələrində cinayət işi belə açıla bilər".
Qeyd edək ki, bütün bunlarla bağlı yeni rəhbərliyin rəyini öyrənməyə çalışsaq da, alınmadı. Amma yenə də qarşı tərəfi dinləməyə hazırıq.
Əlavə bilgilərimiz olacaq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər