BolgeXeber.Com » Ölkə » Müəllimindən hamilə qalan qız körpəsindən imtina etdi - Azərbaycanda
Müəllimindən hamilə qalan qız körpəsindən imtina etdi - Azərbaycanda
28-07-2016, 16:44
Oxunub: 3 716
Şamaxı rayonunun Pirbəhli kəndində müəllimi tərəfindən zorlandığını iddia edən məktəbli qız dünyaya gətirdiyi körpədən imtina edib
Bolgexeber.com xəbər verir ki, bu barədə azvision.az-a daxil olan məlumatı Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasova təsdiqləyib. Onun sözlərinə görə, ana körpəsindən imtina etməsi ilə bağlı ərizə yazıb.
“Bir ay öncə həmin xanım bizə müraciət etdi. Onun qızı dünyaya gəldi. Uşaq doğulanda atasının həbsxanada olduğunu dedi və uşaqdan imtina etmək istədiyini bildirdi. İmtina barədə ərizəni yazıb xəstəxanadan getdi. Uşaq bir ay xəstəxanada qaldı. İki gün əvvəl həmin uşağı akt yazaraq rəsmi şəkildə 1 nömrəli körpələr evinə yerləşdirdik”- deyə şöbə müdiri vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Şamaxı rayon sakini azyaşlı qız müəllimi Elnur İbrahimov tərəfindən zorlandığını bildirmişdi. Bu məsələ ölkə gündəmində ciddi ajiotaj yaratmışdı.
Məktəbli qız müəllimindən hamilə qaldığını bildirmişdi.
Ekspertizanın rəyinə əsasən, zorlandığını iddia edən məktəbli qız bakirədir. Məlum hadisə ilə bağlı Elnur İbrahimov polis tərəfindən saxlanılıb. Barəsində cinayət işi açılıb.
Xatırladaq ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. O, məlum hadisəyədək Şamaxıda kollecdə tarix müəllimi işləyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər