BolgeXeber.Com » Ölkə » Cahangir Əsgərovun betonzavod layihəsi ətrafında qalmaqal hələ də səngiməyib

Cahangir Əsgərovun betonzavod layihəsi ətrafında qalmaqal hələ də səngiməyib

29-07-2016, 09:58
Oxunub: 2 220 Cahangir Əsgərovun betonzavod layihəsi ətrafında qalmaqal hələ də səngiməyibƏrazidə əlillərlə podratçı təşkilat arasında zaman-zaman baş vermiş insidentlərin təhlükə mənbəyinə çevrilə biləcəyi ehtimalı da diqqətə alınmalıdır

Xəbər verdiyimiz kimi, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində "AzAl" aviakonserninin prezidenti Cahangir Əsgərova aid olduğu bildirilən betonzavodun tikintisi ətrafında baş verən olaylar biir müddət geniş ictimaiyyətin diqqət mərkəzində oldu. Belə ki, Zabrat qəsəbəsində dövlət başçısının göstərişi ilə əlillər üşün tikilmiş yaşayış kompleksinin ətrafına xeyli insan yığışaraq öz hüquqlarını müdafiə etməsi "AzAl" şefini geri çəkilməyə məcbur etmişdi. Lakin sonradan məlum oldu ki, oliqarx məmur nəhəng beton zavodunun tikintisi ideyasından əl çəkməyib. Əlillərin yaşayış kompleksinin bir neçə addımlığında ucaldılmış beton çənləri bunu deməyə əsas verir. Eyni zamanda ərazidə salınmış düşərgə betonzavodun balansına aiddir.
Beləliklə, düşünmək olar ki, Cahangir Əsgərov öz türk ortağının əli ilə betonzavod tikintisini sonadək gerçəkləşdirmək üçün münasib məqamlardan istifadə edə bilib. Qəribədir, sözügedən ərazi ekoloji baxımdan, beton zavodu üçün münasib deyilsə, bəs nə üçün podratçı təşkilat öz vəzifəsini yerinə yetirməkdə bu qədər israrlı görünür? Bəs, yaşayış kompleksinin lap yaxınlığında tikilən bu zərərli istehsal obyektnin fəaliyyəti əlaqədar qövlət qurumlarının nəzarətindən necə yayındırılıb? "AzAl" aviakonserninin prezidentinin ortaqları üzərinə düşən vəzifənin yerinə yetirilməsi üçün çalışsalar da, məsələ Cahangir Əsgərovun şəxsi təşəbbüsü sayəsində davamını tapıb. Baxmayaraq ki, btonzavidun gələcək fəaliyyəti məlum səbəblərdən sual altındadır..
Lakin burdaca bir məqamı qeyd etmək yerinə düşər. Ərazidə əlillərlə podratçı təşkilat arasında zaman-zaman baş vermiş insidentlərin təhlükə mənbəyinə çevrilə biləcəyi ehtimalı da diqqətə alınmalıdır.

Bütün bu olaylarda məhz Cahangir Əsgərovun adının hallanması onsuz da başı üzərində qara buludlar dolaşan "AzAl" prezidentinin karyerasına son qoya bilər. Bu yaxınlarda Hesablama Palatası tərəfindən Cahangir Əsgərovun aviakonsernində aparılmış auditin nəticələri deməyə əsas verir ki, qurumun rəhbərliyi səlahiyyətlərindən sui-istifadə edərək dövlət maraqlarını təhlükədə qoyan bir sıra addımlara rəvac verib. Hələlik ölkənin baş pilotunun bu məsələyə münasibəti açıqlanmır. Qeyd edək ki, Cahangir Əsgərova aid olduğu deyilən beton zavodu üçün ayrılmış torpaq sahəsinin qonşuluğunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təzəcə inşa edilmiş Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq Kompleksi yerləşir. Yaşayış kompleksi və reablitasiya mərkəzinin əhatəsində betonzavod tikintisini aparmaq absurd bir layihədən savayı heç nə deyil. Belə bir biabırçılığın Cahangir Əsgərovun adı ilə əlaqələndirilməsinin "AzAl" başqanını çətin duruma sala bilər.