BolgeXeber.Com » Ölkə » Gəncənin Natavan qəsəbəsində antisanitariya baş alıb gedir - ŞİKAYƏT

Gəncənin Natavan qəsəbəsində antisanitariya baş alıb gedir - ŞİKAYƏT

29-07-2016, 17:52
Oxunub: 3 359 Gəncənin Natavan qəsəbəsində antisanitariya baş alıb gedir - ŞİKAYƏTGəncə şəhər Icra hakimiyyəti Natəvan qəsəbəsinin sosial məsələlərini tamamilə həll etmək fikrində deyil

Redaksiyamıza Gəncə şəhər,Natəvan qəsəbəsi,5-ci küçə sakini- Niyazov Niyaz Novruz oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Həmin məktubu olduğu kimi təqdim edirik:
" Salam Hörmətli redaksiya,biz Gəncə şəhəri,Natəvan qəsəbəsi,5-ci küçədə yaşayırıq. Evlərimizin nömrələri və küçələrimizin adları yoxdur.Ona görə ki,Gəncə şəhər İcra Hakimiyyəti mülklərimizə sənədləri vermək fikrində deyil.Hətta sənədlərimizi nə zaman verəcəkləri vaxtı da demirlər.Bəzən görürsünüz ki,televiziya ilə hansısa evlərə təcili və maneəsiz sənədlərin verilməsindən danışılır.Bu işlər hamısı REKLAMdır.Yağış yağan kimi bizim ailə həyəcan keçirməyə başlayır.Küçənin çirkab suları indicə evimizə dölacaqdır deyə düşünməyə başlayırıq.Hətta yata bilmirik.Daha doğrusu bundan əvvəl keçirdiyimiz həyəcanlar hələ də bizim canımıza lərzə salır.Diabet xəstəsi olan həyat yoldaşımın gecənin yarısında yağış yağır deyə oyanaraq selin gələcəyini düşünməsi xəstə insançün nə demək olduğunu təsəvvürünüzə gətirsəniz,onda özünüz hər şeyi anlarsınız.Bundan əvvəl keçirdiyimiz həyəcan isə aşağıda yazdıqlarımdan ibarətdir.
Gəncə şəhər Icra hakimiyyəti Natəvan qəsəbəsinin sosial məsələlərini tamamilə həll etmək fikrində deyil.NATƏVAN qəsəbəsinin küçələrində asfalt və gecə işıqlanması yoxdur.Yağış yağanda küçəyə çıxarkən mütləq ayağımıza rezin qaloş geyinməli və əlimizə isə fonar götürməliyik.Başqa cür mümkün deyil.Qəsəbəmizdə tibb məntəqəsi-klinika,poçt,məktəb,uşaq baxçası,polis məntəqəsi və sairə yoxdur.Demək olar ki,bu qəsəbə unudulub.Insanlar elə bil ki,19-cu əsrdə yaşayırlar.Bu baxımdan qəsəbədə vətəndaşların sosial durumu lap pis vəziyyətdədir. Bununla ikinci dəfədir ki,5-ci küçə kanalizasiyasının ümumi çirkan suları axan Ana Borusunun suyu bizim məhləyə və evə dolur. Küçənin kanalizasiya sisteminin ümumi ANA borunun diametri gərəkli ölçüdə deyil.Yağış yağanda Ana Boru çirkab suları götürə bilmir deyə bizim evdən bir az yuxarıda olan kanalizasiya lyuku dolub daşır və həmin çirkablıqlar bizim evə və məhləyə,eyni zamanda həm də qonşuların məhlələrinə dolur.Bu ikinci dəfə baş verdiyindən biz olanları fotoya aldıq.Onları da sizə yollayırıq.İkinci fotoya diqqətlə baxsanız, başımıza gələnləri lap dəqiqliyilə anlayarsınız.Əgər tez bir zamanda Azərsu ASC bizim küçənin kanalizasiya sisteminin Ana Borunu diametri böyük boru ilə əvəz etməsə,onda biz bu məsələylə ƏLAQƏDAR OLARAQ Azərbaycan Prezidentinə müraciət edəcəyik.Əgər tez ölçü götürülməsə,onda Azərsu ASC-ni məhkəməyə verəcəyik.Bizim həm fotolarımız ,həm də bu barədə video materialımız da var.Evlərinə çirkab axan qonşuların birgə imzaladıqları ərizə də hazır vəziyyətdədir.Əgər bu yazdıqlarımın baş verməsini istəmirlərsə,onda TƏCİLİ bu işi həll etməlidirlər.Azərsu təkcə bir dəfə Gəncə şöbəsinin texniki bölümünün işçilərini bizimlə görüşə yolladı.Onlar da vəziyyətlə tanış oldular və mənim yazdıqlarımı təsdiqlədilər.Söylədilər ki,ANA boru gərəkli ölçüdə deyil.Həm də küçəmizin kanalizasiyasının Ana Boru xəttini yarıya qədər çəkiblər.Əslində qaydasında görülməyən çox işlər var,amma bunları tam normasına salmaq istəyən tapılmır.
Gəncədə tez-tez yağış yağmağa başlayır.Hamı öz evində rahat yatır.Biz isə həyat yoldaşımla növbə çəkirik və yağış sularına nəzarət etməyə başlayırıq.Belə olmaz,axı!!!Düşünürəm ki,sizə şikayət məktubu yazmağımda fayda olmalıdır.Ölkə başçımız həmişə çıxışlarında deyir ki,bütün dövlət məmurları xalqa xidmət etməlidirlər.Bu baxımdan sizə ürəkdən müraciət yazıram.Bundan əvvəl yağış yağanda küçə sularının məhləmizə və evimizə dolduğunu əks etdirən fotoları sizə yollayanda dövlət təşkilatlarının paxırlarının hamısı tam aydın görünəcəkdir.Dövlət məmurları insan taleyilə əlaqədar olan məsələlərə çox laqeyd münasibət göstərirlər.Belə laqeydlik də ondan xəbər verir ki,səhvlərinə görə DÖVLƏT MƏMURLARINA təcili heç bir cəza verilmir və ölçü götürülmür.Belə olan halda nə etmək lazım olduğunu belə bilmirəm.Bundan artıq yazmaq istəmirəm.Ona görə ki,bilmək istədiklərinizin hamısını fotolarda görəcəksiniz.Bircə onu yazmaq istəyirəm ki,dövlət məmurlarının çox sayı hər hansı bir vəzifəyə sahib olanda yaqları gözlərinin altını görmür.Onlara elə gəlir ki,bütün dünya onlarındır.sıravi vətəndaşlar da onların qullarıdırlar.Əslində onlar çox yanılırlar.Bizlər dövlət məmurlarının yox,Allahın qullarıyıq.Pul insanların gözlərini qapayanda hər tərəfdə yaşıl ABŞ dollarından başqa bir şey görə bilmirlər.Belə yerdə BƏHMƏN Vətənoğlunun "Ədalət cibində pul olandadır" şerini həmin məmurlara bir ağız oxusalar,tam yerinə düşərdi.Təəssüflər olsun ki,bu şerin onlara təsir edəcəyinə belə inanmıram.Belə qansız məmurların cəzalarını ALLAH versin.
Hörmətlə : Gəncə şəhər,Natəvan qəsəbəsi,5-ci küçə sakini- Niyazov Niyaz Novruz oğlu"(teref.info)
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com