BolgeXeber.Com » Ölkə » Azərbaycan Universitetinin “Corciya yalanı”: Vətəndaşlar aldadılır, ekspert “məhkəməyə verin” dedi - TƏFƏRRÜAT

Azərbaycan Universitetinin “Corciya yalanı”: Vətəndaşlar aldadılır, ekspert “məhkəməyə verin” dedi - TƏFƏRRÜAT

30-07-2016, 10:06
Oxunub: 2 398 Azərbaycan Universitetinin “Corciya yalanı”: Vətəndaşlar aldadılır, ekspert “məhkəməyə verin” dedi - TƏFƏRRÜATAzərbaycan Universitetində baş verən qanunsuzluqlarla bağlı Savash.org-un redaksiyasına məlumatlar, məktublar, foto və videolar daxil olub

Daxil olan məlumatlara görə, 2008-ci ildən etibarən universitetdə bakalavr və magistr hazırlığı üzrə ABŞ-ın Corciya Universiteti ilə birgə təhsil proqramının tətbiq edilməsi haqda elanlar yayılıb, reklamlar verilib.Reklam və elanlardakı iddiaların saxta olduğu, tələbə cəlb etmək üçün yalan üzərində qurulduğu çox sonralar üzə çıxıb.

Belə ki, qeyd olunan proqram “Biznesin təşkili və idarə olunması” istiqamətində “Menecment”, “Marketinq”, “Maliyyə”, “Mühasibat uçotu”, “Dünya iqtisadiyyatı” ixtisasları üzrə ingilis dilli təhsili nəzərdə tutub.Universitet rəhbərliyinin sifarişi ilə yayılan reklam çarxlarında proqrama daxil olan ixtisaslar üzrə tam kurs keçmiş tələbələrə ABŞ-ın Corciya Universitetinin və Azərbaycan Universitetinin ikili beynəlxalq səviyyəli diplomu veriləcəyi də bildirilib. Bu proqram üzrə ilk məzun buraxılışı 2012-ci ildə olub. Lakin nə bu proqramın 2012-ci ildəki ilk buraxılışının, nə də sonrakı buraxılışlarının məzunlarının heç birinə beynəlxalq səviyyəli ikili diplom verilməyib. Məzunlara təqdim edilən diplomların yalnız Təhsil Nazirliyi tərəfindən təsdiq olunduğunu görən tələbələr və onların təhsil haqqı ödəyən valideynləri isə haqlı narazılıqlarını bildiriblər.

Maraqlıdır ki, 2008-ci ildən, yəni proqramın tətbiq olunduğu tarixdən etibarən TQDK-nın rəsmi saytı və rəsmi nəşr orqanı olan “Abituriyent” jurnalının əvvəlki illərdəki saylarında Azərbaycan Universiteti barədə məlumatlarda ikili diplom və müvafiq olaraq təhsil haqqının hər il üçün azı 500 manat artıq olduğu haqda qeydlər var. Yaranmış situasiyada Azərbaycan Universiteti məzunlara ya vəd etdiyi ikili diplomu təqdim etməli, ya da əlavə ödənilən təhsil haqlarını geri qaytarmalıdır!

Məsələnin digər tərəfi də maraq doğurur. İkili diplom vədinin saxtalığı üzə çıxsa da, hazırkı dövrdə də universitetdə bu proqram üzrə təhsil alan tələbələr var.
Bundan başqa bildirilir ki, universitetin sabiq rektoru, hazırda özəl universitetin rəsmi təsisçisi olan dövlət məmuru – vergilər nazirinin müşaviri Akif Musayev ikili diplomla bağlı hələ də reklam etməkdədir.

Sözügedən ali təhsil müəsissəsində çox dözülməz halın yaşandığını iddia edən təhsil üzrə ekspert tanınmış ekspert Nabatəli Qulamoğlu Savash.org-a söyləyib ki, həmin universitetdə vətəndaşlar aldadılır və onların külli miqdrada pulları mənimsənilir:" Həmin vətəndaşlar məhkəməyə mürcaiət edib , haqlarını tələb edə bilərlər. İnanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq və qanunsuzluğa yol verənlər cəzalarını alacaqlar. Görünən odur ki, Akif Musayev vəzifəsindən sui -istifadə edib, vətəndaşıları aldadır. Bu məsələ məhkəmə predimetirdir, bunun təhsilə heç bir aidiyyatı yoxdur. Yəni sözügedən ali məktəbdə təhsil adına heç bir məqam müşahidə olunmur."
Bolgexeber.com