BolgeXeber.Com » Ölkə » Bakı lift idarəsi milyonları havaya sovurub ki... - bu gün problem var

Bakı lift idarəsi milyonları havaya sovurub ki... - bu gün problem var

30-07-2016, 16:05
Oxunub: 3 544 Bakı lift idarəsi milyonları havaya sovurub ki... - bu gün problem varGünü-gündən gözəlləşən küçələrin, abadlaşan məhəllələrin, əsaslı təmir olunan göydələnlərin sayı durmadan artır

Bakı artıq indiki dövrdə qonşu ölkələrlə yarışa girəcək dərəcədə dəyişilib desək yanılmarıq. Yalnız bəzi ürək bulandırıcı hallarlada rastlaşırıq. Abadlıq işlərinə dövlət hər il milyonlarla pul ayırmasına baxmayaraq bizim məmurlarımız bu pullarla nə işlə məşğul olduqları həqiqətəndə hər kəsə qaranlıq qalmışdır. Əgər prezident pul ayırırsa abadlı, təmir, yenidənqurma işləri üçün nə səbəbə bu sərəncama dırnaq arası baxılır, ayrılan pullar havaya sovrulur? 2008-ci ildə Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda liftlərin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən şəhər, rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpası üçün Prezident Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdır. Bu məbləğ yetərincə yüksək bir məbləğdirsə bu pul hara xərclənib? Bakı Şəhər İcra Hakimiyyətinin Lift- Təmir İstehsalat Birliyi nə fəailliyyət göstərdiyi, hansı abadlıq işləri gördükləri heç kəsə məlum deyil. Gündəlik olaraq xəbərlərdə şahidi olduğumuz liftdə ölənlərin sayı azalmaq əvəzinə getdikcə artması, bu problem haqqında həyəcan təbili çalır. Lakin hələ də çıxış yolu tapa bilməmişik. Liftlərdə baş vermiş faciəli hadisələr bu sahəyə olan diqqətsizliyin, məsuliyyətsizliyin bariz nümunəsidir. Nə mənası var ki, binaların fasadlarını boyayaraq təmir etməkdənsə, istismar müddəti bitmiş, təmirə ehtiyacı olan liftləri təmir etsinlər. Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Texniki baxışdan keçirilmiş liftlər əgər istismar müddəti bitibsə o liftlər sökülməli, əgər təmirə ehtiyacı varsa köklü şəkildə təmirə dayanmalıdır. Lakin bu işlə ciddi şəkildə məşğul olan bir qurum fəailiyyət göstərməyinə görə liftlər son zamanlar insanların kabusuna çevrilmişdir. Əgər lift xarab olubsa o şaxtaya düşməməlidir. Liftlərdə avtomatik əyləc sistemi olur, əgər nəsə nazaslıq baş versə o şaxtaya düşmür dərhal dayanmalıdır. “Perezaqruska” verməlidir avtomatik. Əgər lift dayansa uzaqbaşı yarım metr aşağı enə bilər. Lakin bizdə liftlər düzgün qaydada işləmədiyindən həddən artıq nasaz olduğundan bu hallar daha çox baş verir. Bəzən liftlərimiz o qədər köhnəlir ki, içəridən iy gəlir. Həqiqətəndə bu çox böyük bir mədəniyyətsizliyin göstəricidir. Çünki, liftlər ictimaiyyətin rahatlığı üçün nəzərdə tutulub. Ama rahatlıq dedikdə bizə kim o səlahiyyəti veribki liftin içərisinə siqaret kötükləri, kağız, salfet parçaları ataq. Həqiqətən də iy əlindən liftlərdən istifadə yararsız vəziyyətdədir. İnsanların liftin başına açdığı oyunun birinə də misal olaraq deyə bilərik ki, Liftlərin düymələrini gənclər oxunmaz hala salıb ve demək olarkı knopkaların əksəriyyəti yoxdur. Bəzən bu knopkaların olmamasına görə həmin knopkaları vurmadan qapı bağlanır və liftdə qapalı şəraitdə qalmaq məcburiyyətində olursan. Ətrafdakı insanların köməyi nəticəsində qapını birtəhər açaraq qapalı qalmış insanı xilas edirlər. İnsanların ən çox haqlı narazılığına səbəb olmuş məsələ lift pullarıdır. Çünki, əgər bu lift pulları yığılırsa nə səbəbə vətəndaş nasaz liftlə həyatı təhlükədə qalmalıdır. Ya bu lift-pulları yığışdırılmalıdır ya da verilən pul bir işə yaramalıdır kimlərinsə cibinə xeyr verməməlidir. Bu problemlərin həlli həqiqətən də çox labüddür. Çünki, problemlərin həll yolunu tapmaması insanların canı bahasına başa gələcək. Odur ki, aidiyyatı qurumlar məsələyə ciddi yanaşmalıdır. Günbəgün artan liftdə uşaq, yaşlı, cavan ölümü kimi xəbərlər insanlarda liftə qarşı fobiya yaradır. Bunun nəticəsində çox sayda insan liftdən istifadə etməyərək piyada pilləkənləri çıxmağa çalışır. Bu həm də sağlamlıq üçün xeyrdir. Odur ki, əgər liftdə həyatı təhlükədə olacaqsa, piyada sağlamlığına xeyrli olan yolla mənzil başına çatması daha məqsədə uyğundur.