BolgeXeber.Com » Ölkə » İcra başçısı zəlzələdən danışdı - “Heç bir dağıntı yoxdur”

İcra başçısı zəlzələdən danışdı - “Heç bir dağıntı yoxdur”

1-08-2016, 11:21
Oxunub: 2 955 İcra başçısı zəlzələdən danışdı - “Heç bir dağıntı yoxdur”İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib

Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, zəlzələ zamanı Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb. İlkin məlumatlara görə, rayonun Depo məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib.

***

“Rayonda vəziyyət yaxşıdır. Heç bir dağıntı yoxdur”.

Bu sözləri açıqlamasında İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev səhər baş verən zəlzələ haqqında danışarkən deyib.

V. Hacıyev qeyd edib ki, bir dəfə qısa amplitudada 20 saniyəlik zəlzələ baş verib: “Heç bir dağıntı qeydə alınmayıb. Rayonda hər şey qaydasındadır. Narahatçılığa əsas yoxdur”.