BolgeXeber.Com » Ölkə » Növbəti 5 gündə bəzi yerlərdə 42 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

Növbəti 5 gündə bəzi yerlərdə 42 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

5-08-2016, 14:18
Oxunub: 3 243 Növbəti 5 gündə bəzi yerlərdə 42 dərəcə isti olacaq - XƏBƏRDARLIQAzərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib

Departamendən bildirilib ki, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.
Məlumata görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39 dərəcə isti olacağı gözlənilir.
Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42 dərəcə isti olacağı gözlənilir.