Ziya Məmmədovun evində yemiş qalmaqalı-FOTOLAR
8-08-2016, 17:57
Oxunub: 4 216
Tikintidə fəhlə kimi işlədiyini deyən və adının çəkilməsini istəməyən həmsöhbətimiz bildirir ki, öz doğma kəndindən bir nəfər də nəqliyyat nazirinin evinin tikintisində iştirak etmir
Ötən günlərdə AFN.az-da nəqliyyat naziri Ziya Məmmədovun Ucarın Qazıqumlaq kəndində tikdirdiyi villası haqda məlumat və fotolar dərc edilmişdi.
Saytımızın məqaləsi geniş rezonans doğurub, mediada və sosial şəbəkələrdə çoxlu sayda istifadəçi tərəfindən paylaşılıb. Materialı oxuyan facebook istifadəçilərindən bir neçəsi həmin villanın və Z.Məmmədovun ondan bir qədər aralıda yerləşən daha böyük və möhtəşəm villasının tikintisində şəxsən iştirak etdiklərini bildiriblər. Onlarla söhbətimiz zamanı ortaya çıxan dəhşətli faktlar haqda müəyyən qeydləri sizinlə bölüşməyi özümüzə borc bildik.
Tikintidə fəhlə kimi işlədiyini deyən və adının çəkilməsini istəməyən həmsöhbətimiz bildirir ki, öz doğma kəndindən bir nəfər də nəqliyyat nazirinin evinin tikintisində iştirak etmir. Səbəb isə dəhşətlidir: “Orda işləyən insanların başına nə oyunlar açılır, görsəniz dəhşətə gələrsiz. Əvvəla, insanlar heç bir müqaviləsiz-filansız işlədilir. Amma buna bir yol var, əsas müsibət Ziya Məmmədovun qardaşı İldırımdır. Hansı ki, işlərə o nəzarət edir. Onun fəhlələrə tutduğu divanı görmək lazımdır. Bir stəkan suyu belə vermirlər. Villanın həddən artıq böyük həyəti var, hətta hektarlarladır. Hər cür meyvə-tərəvəz yetişdirilir orda, amma işləyənlərin həddi nədir ki, bircə dənəsini qoparıb yesin. Bir dəfə ora mal gətirən maşının sürücüsü bilmədən dietik yemişlərdən birini qopardı, hamı töküldü üstünə ki, tez ol aradan çıx. Gördük bunu aradan çıxarammıqır, götürdük yemişi tez basdırdıq torpağa ki, görən olmasın. İldırımın xəbəri olsaydı hamını söyəcəkdi, üstəlik də fağır gördüklərindən bir-ikisini döyəcəkdi. Çünki belə hallar çox olmuşdu bizdən əvvəl də, bizim vaxtımızda da. Ona görə də kənd camaatı orada işləməkdən imtina edib, bütün işçilər kənardan gətirilir, əsasən də qul bazarlarından”.
Digər həmsöhbətimiz isə bildirir ki, villanın tikintisində olduqca bahalı materiallardan istifadə edilir: “Orada istifadə edilən mərmərin kvadratı neçə min manatdı deyirdilər. Üstəlik, çox da israfçılıq edirlər, bəlkə də yüz minlərlə qiyməti olan mərmərlər vurulurdu, İldırım müəllim bəyənmirdi sökülüb tökülürdü”.afn.az
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Bolgexeber.com










Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər