BolgeXeber.Com » Ölkə » Bakıda 8-ci sinif şagirdi məktub yazıb özünü trosla asdı - Sevgi faciəsi(TƏFƏRRÜAT)
Bakıda 8-ci sinif şagirdi məktub yazıb özünü trosla asdı - Sevgi faciəsi(TƏFƏRRÜAT)
9-08-2016, 16:31
Oxunub: 5 281
DƏHŞƏTLİ İNTİHARI: yeməyini yedi, son dəfə namaz qılıb özünü asdı
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın faciənin baş verdiyi yerdə olan əməkdaşının verdiyi məlumata görə, özünü öldürən 15 yaşlı yeniyetmənin özündən başqa 1 bacısı və 1 qardaşı da var. Teymur isə evin ən balaca uşağı olub.
Yay tətili olduğundan o, evlərindən bir qədər aralıda Dadaş adlı çilingərin yanında köməkçi işləyirmiş. 1 aya yaxındır namaz qılmağa başlayıb. Hadisə günü də günorta yeməyini yeyib, namazın qılıb. Anasına deyib ki, yarım saatlıq sexə gedib qayıdacaq. Bundan sonra ondan xəbər gəlməyib. Meyiti evə gətirilən zaman onun cibində məktub olub.
15 yaşlı Teymurun meyiti doğulduğu İmişli rayonuna aparılıb. Bu gün onun 3 mərasimi keçirilir.
Qeyd edək ki, Teymur bu il Sabunçu rayonunda yerləşən 113 saylı orta məktəbin 8-ci sinfini bitirib. Onun həmin məktəbdə oxuyan bir qızı sevdiyi bildirilir.
Qonşuların sözünə görə, Teymur çox tərbiyəli, böyük-kiçik yeri bilən uşaq olub: "Onların ailəsi də normal olub. Qardaş-bacısı da onun kimi olub. Heç vaxt onun bu cür hərəkət edəcəyinə inanmazdıq”.
Onu da qeyd edək ki, bu hadisə Teymurun təhsil aldığı məktəbi də yenidən gündəmə gətirib. Belə ki, Teymurun intiharı ilə birlikdə 113 saylı məktəbdə son 2-3 ildə intihar edən şagirdlərin sayı 5-ə çatıb.
**
12:26
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı gəncin intihar etməsinin səbəbi bəlli olub. Sabunçu rayon 15 saylı polis bölməsindən verilən məlumata görə, işlədiyi sexdə özünü trosla asan T.Həsənlinin həyatına son qoymasının səbəbi sevgi məsələsidir. Bölmədən bildirilir ki, yeniyetmə oğlan intihar etməzdən əvvəl məktub yazıb qoyub.
**
12:08
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi ev 113 ünvanında yerləşən avtotəmir sexində çalışan 2001-ci il təvəllüdlü Teymur Həsənli özünü tavandan trosla asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər